Erməni hərbçilərinə silahları təhvil vermək üçün yanvarın 11-dək vaxt verildi
“Döyüş əməliyyatları aparmaq üçün Dağlıq Qarabağın müvafiq qurumlarından aldıqları silah və sursatı təhvil vermək lazımdır”.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumatda deyilir ki, “Döyüş əməliyyatları aparmaq üçün Qarabağda paylanılan silahlar 10 yanvar 2021-ci il tarixinədək geri qaytarılmalıdır. Bu xəbərdarlıq həm Qarabağ, həm də Ermənistan Respublikasının vətəndaşlarına aiddir. Təcili olaraq silahları, döyüş sursatlarını, rabitə avadanlığını, rəsmi qeydiyyata alınan cihazları, habelə digər xüsusi cihazları (gecə və gündüz görmə, termal görüntüləmə cihazları) təhvil vermək lazımdır.Yanvarın 11-dən sonra silah və sursatları qanunsuz daşıyanlar, saxlayanlar qanunla sərt cəzalandırılacaq”.