“Lavrovla Mişustin Qarabağ məsələsində Putini təkləyib…” – Politoloq

“Hesab edirəm ki,  Qarabağda gedən bu on oyunların başında Rusiya Baş naziri Mixail Mişustin və Xarici İşlər naziri Sergey Lavrov dayanır.  Şoyqu da Müdafiə naziri kimi bunlara dəstək verir. Məlum olduğu kimi, Lavrov da, Mişustin də – hər ikisi erməni mənşəlidir.  O, həmin Mişustindir ki, Qarabağda müharibə gedən zaman İrəvana rəsmi səfərə gələndə öz təyyarəsində raket qurğusu gəturib  və həmin qurğudan istifadə edərək ermənilər Azərbaycan şəhərlərinə kassetli bombalar atıblar”.

Bu fikirləri Rusiya sülhməramlılarının Azərbaycan torpaqlarında əsasən erməni separatçılarının xeyrinə ziddiyyətli və təxribat xarakterli addımlar atmasının səbəbləri haqda danışan politoloq Cümşüd Nuriyev söyləyib.

“Demək olar ki,  Baş nazir və baş diplomat başda olmaqla Rusiyada erməni mafiyası Prezident  Putini təkləyib. O cümlədən Qarabağ məsələsində. Erməni mafiyası çalışır ki, Rusiyanı bu məsələdə Azərbaycanla növbəti ciddi qarşıdurmaya sürükləsin.  Eyni zamanda bu yöndə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də Azərbaycanın əleyhinə çox güclü iş aparır. Hazırda Azərbaycanda Moskvaya bağlı “5-ci kalon” məhz onun himayəsində idarə olunur.

Unutmayaq ki, 44 günlük müzəffər savaşımızı beynəlxalq səviyyədə əngəlləmək  Suriyada Rusiya nəzarətində olan ərazilərdən  terrorçuları  rus hərbçilərinin əli ilə İrəvana, oradan da Azərbaycanın işğal altındakı ərazilərinə gətizdirən və  guya onların Azərbaycan tərəfində vuruşması haqda dezinformasiyalar yayan və oyunlar quran da məhz Narışkin oldu…”- deyə politoloq söhbətinin davamında vurğulayıb./moderator.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password