KİV: Bidzina İvanişvili siyasətdən gedir

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili ikinci dəfə siyasətdən gedir.

Bu barədə yerli mətbuat yazıb.

Məlumatlara əsasən, gələn həftə partiyanın qurultayı keçiriləcək və icraçı katib İrakli Kobaxidze sədr seçiləcək.

İ.Kobaxidze yayılan informasiyaları təkzib edib: “Hər hansı bir qurultay planlaşdırılmır. Biz spekulyasiyalar və əsassız ehtimalları şərh etmirik”.

“Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze, öz növbəsində, bildirib ki, İ.Kobaxidzenin partiya sədri təyin olunması barədə müzakirə aparılmayıb: “Bir az sonra həm qurultay, həm də qəbul olunacaq qərarlar barədə media və ictimaiyyətə hər şey aydın olacaq”.

Qeyd edək ki, milyarder B.İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. O, 2013-cü ildə siyasətdən getsə də, 2018-ci ildə yenidən siyasətə qoşulub və həmin ilin mayından hakim partiyaya rəhbərlik edir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password