Ermənistan 100-dən artıq hərbçinin əsir düşdüyünü etiraf etdi

Dünəndən etibarən sosial şəbəkələrdə Azərbaycan Ordusu tərəfindən Hadrut yaxınlığında 100-dən artıq erməni silahlısının əsir götürülməsi ilə bağlı video görüntü paylaşılır. Azərbaycan Müdafiə Nazirliyi hələlik bununla bağlı rəsmi ağıqlama verməyib. Lakin Ermənistanda bunun həqiqət olduğu danışılır.

Erməni mətbuatı Arayik Arutyunyanın sözçüsü Vaqram Poqosyanla əlaqə saxlayıb. Poqosyan bildirib ki, “100-ə yaxın erməni hərbçisinin Azərbaycan hərbçiləri tərəfindən əsir götürülməsi xəbərlərini biz də eşitmişik. Belə bir hadisə olub. Lakin əsirlərin dəqiq sayı bilinmir. Hazırda Müdafiə Ordusu(?) Rusiya sülhməramlıları ilə birgə bu məsələni araşdırır”.

Məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyi də açıqlama verib. Açıqlamada  deyilir. “Ermənistan KİV-ləri tərəfindən son bir neçə saat ərzində yayılan erməni hərbçilərinin əsir götürülməsi ilə bağlı video yazılarla əlaqədar olaraq Ermənistan Müdafiə Nazirliyi “Artsax” Müdafiə Ordusundan(?) izahatlar gözləyir və gələcəkdə bu məsələ ilə bağlı açıqlama veriləcək”.

Qeyd: Ermənistan Müdafiə Nazirliyinin bu açıqlaması sübut edir ki, Qarabağda ermənilərin hərbi birləşmələri qalır. Bəs Rusiya sülhməramlıları hara baxır?

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password