Qənirə Paşayeva xalq artistini təbrik etdi

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva xalq artisti Nurəddin Mehdixanlı ilə görüşüb.

İşğalçı düşmən üzərində parlaq qələbə münasibəti ilə xalq artistini təbrik edən Qənirə Paşayeva onun milli teatr və kinomuzun inkişafında özünəməxsus xidmətlərindən bəhs edib.

“Sizin sənət dünyanız vətənpərvərlik, milli ideallarımıza sədaqət örnəyidir. Heç təsadüfi deyil ki Azərbaycan Böyük Vətən Müharibəsi başlayınca, siz cəbhəyanı bölgələrdə, eləcə də, döyüşən əsgərlərimiz qarşısında silsilə mədəni proqramlarla çıxış etdiniz, yorulmadan çalışdınız.

Çox şadıq ki, Ordumuzun xilaskarlıq missiyası mədəniyyət beşiyimiz Şuşa şəhərinin, digər şəhər və rayonlarımızda tapdaq altında qalmış, dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, abidənin, tapınağın da bərpası, təmiri üçün imkanlar açdı. Ümidvaram ki, sizi Şuşa teatrının səhnəsində, işğaldan azad etdiyimiz torpaqlardakı digər mədəniyyət müəssisələrimizdə çıxış edən görəcəyik.

Müharibə günlərində şəhid olan hərbçilərimizin ruhu qarşısında bir daha ehtiramla baş əyir, onların müqəddəs işinin yarımçıq qalmadığı üçün qürur hissi keçiririk.

Sizi, Sizin timsalınızda xalqın milli ruhunu diri tutan bütün sənət adamlarını bir daha tarixi Zəfər münasibəti ilə ürəkdən təbrik edirəm!”, – Q.Paşayeva bildirib

Xalq artisti səmimi görüş üçün təşəkkür edib.

Qeyd edək ki, görüşdə həmçinin “Nəfəs” Xeyriyyə Təşkilatının sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova və bir sıra dəyərli ziyalılarımız iştirak ediblər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password