Hulusi Akardan ABŞ-ın sanksiya qərarına REAKSİYA

Türkiyənin Müdafiə naziri Hulusi Akar “S-400” sistemlərinin alınmasına görə, ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara reaksiya verib.

Türkiyə mətbuatı xəbər verir ki, Hulusi Akar sanksiyaların müttəfiqliyə və siyasi reallıqlara zidd olduğunu deyib.

H.Akar sanksiya qərarını qınadıqlarını bildirib:

“Ölkəmizin “S-400” Uzun Mənzilli Hava və Raketdən Müdafiə sistemini təmin etməsi səbəbindən ABŞ-ın ittifaqla mövcud hərbi, siyasi gerçəkliklərlə uyğun olmayan sanksiya qərarını qınayırıq. Aydındır ki, NATO üzvü olan bir ölkəyə sanksiya tətbiq etmək təkcə müttəfiqlik ruhuna ziyan vurmayacaq, həm də müttəfiqlər arasındakı inamı sarsıdacaq”.

Nazir Türkiyənin hava hücumu təhdidi altında olduğunu və hava müdafiəsinin təmin olunması da daxil olmaqla 83 milyon vətəndaşın təhlükəsizliyi üçün lazımlı olan bütün tədbirlərin görülməsinin zəruri olduğunu qeyd edib:

“Bu sanksiya qərarı ölkələrimiz arasındakı ittifaqın bütün dəyərlərini sarsıtdı. Bununla birlikdə, ölkəmizin və nəcib millətimizin müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün səylərimizə qətiyyətlə davam edəcəyik. Mövcud hərbi və siyasi vəziyyət çərçivəsində regional və qlobal müdafiə və təhlükəsizlik məsələlərində Koreya müharibəsindən bəri müttəfiqimiz olan ABŞ ilə əməkdaşlıq və həmrəyliyə qayıtmaq regional və qlobal sülh və təhlükəsizliyə də töhvə verəcəkdir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password