“Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində baş verənlərdən DİN rəhbərliyinin xəbəri varmı?

 

 

“Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi Daxili İşlər Nazirliyinin bilavasitə tabeliyində olan struktur qurumudur.Burada daxili işlər orqanlarının,onların ailə üzvlərinin və digər şəxslərin istirahətinin təşkili,sağlamlığının profilaktikası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi üçün hər cür şərait də yaradılıb.Mərkəzə qəbul edilən daxili işlər orqanları əməkdaşlarına hər il yollayışın qiymətinin 75 faizi miqdarında,ailə üzvlərinə isə – 50 faizi miqdarında imtiyaz verilir.Digər şəxslər tərəfindən isə yollayışın qiyməti tam həcmdə ödənilir.

“Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin maliyyə vəsaitləri büdcədən ayrılmış vəsaitdən və büdcədənkənar vəsaitlərdən ibarətdir.Bu vəsaitlərin xərclənməsinə nəzarət isə Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsi tərəfindən həyata keçirilir.

Aktualinfo.org DİN “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi tərəfindən keçirilən bir satınalma proseduru ətrafında araşdırma aparmışdır.Məlum olmuşdur ki,mərkəz “Dövlət Satınalmaları Haqqında”Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməmiş,kotirovka sorğusu üzrə bağlanılmış satınalma müqaviləsi barədə məlumatları dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirməmişdir.

DIN – nin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi tərəfindən 01.12.2020-ci il tarixdə təsərrüfat mallarının satınalması üzrə keçirmiş olduğu müsabiqənin qalibi “GUVEN TECHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 121 337.04 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GUVEN TECHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti 16.11.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri,Xətai rayonu,Elçin Əliyev ev 15,m.5,qanuni təmsilçisinin Xudiyev Pərviz Mətləb oğlu olduğu qeyd olunub.

Bağlanılmış müqavilədən də göründüyü kimi,DIN – nin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin Tender Komissiyası cəmi 20 gün əvvəl dövlət qeydiyyatına alınmış MMC ilə işbirliyi qurmuşdur.Amma dövlət satınalmaları haqqında  qanunvericilikdə tender və kotirovka sorğusunda iştirak etmək üçün ən azı bir il fəaliyyət göstərən müəssisələrə üstünlük verilməsi bildirilir. Mərkəzin Tender Kommissayısı bundan başqa,digər tender prosedurlarında da qanun pozuntularına yol vermişdir.Mərkəz tərəfindən keçirilmiş kotirovka sorğularının nəticələri barədə bildiriş verilsə də,bağlanılmış satınalma müqavilələri üzrə ayrılmış dövlət vəsaitləri barədə dövlət satınalmalarının rəsmi internet saytında məlumatlar bilərəkdən və yaxud da dolayısı yollarla yerləşdirməmişdir.

Belə ki,DIN – nin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinə lazım olan nasos aqreqatlarının satın alınması üzrə 26.10.2020-ci il tarixdə elan edilmiş kotirovka sorğusu üzrə komissiyanın 29.10.2020-ci il tarixli yekun protokoluna əsasən “BIQFIN AZ CONSTRAKSEN” qalib elan olunmuş və 12.11.2020-ci il tarixdə müqavilə imzalanmışdır.

DIN – nin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinə lazım olan nasos aqreqatlarının satın alınması üzrə 26.10.2020-ci il tarixdə elan edilmiş kotirovka sarğusu üzrə komissiyanın 29.10.2020-ci il tarixli yekun protokoluna əsasən “Marlos MMC” qalib elan olunmuş və 12.11.2020-ci il tarixdə müqavilə imzalanmışdır.

DIN – nə bilavasitə tabe olan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində maşın və avadanlıqların əsaslı təmiri üzrə 10.08.2020-ci il tarixdə elan edilmiş kotirovka sarğusu üzrə komissiyanın 12.08.2020-ci il tarixli yekun protokoluna əsasən “Multan Servis” MMC qalib elan olunmuş və 25.08.2020-ci il tarixdə müqavilə imzalanmışdır.

DIN – nin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinə lazım olan nasos aqreqatlarının satın alınması üzrə 11.06.2020-ci il tarixdə elan edilmiş kotirovka sarğusu üzrə komissiyanın 16.06.2020-ci il tarixli yekun protokoluna əsasən Marlos MMC qalib elan olunmuş və 28.07.2020-ci il tarixdə müqavilə imzalanmış.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “MARLOS” Məhdud Məsuliyyətli Cəmiyyəti 03.12.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 1 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ƏHMƏDLİ ŞTQ, BABƏK PR., ev 72, m. 7 qanuni təmsilçisi Qurbanov Kamil Duranxan oğlu olduğu qeyd olunub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “BIQFIN AZ CONSTRAKSEN” Məhdud Məsuliyyətli Cəmiyyəti 11.09.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, MƏŞƏDİ HİLAL KAZIMOV, ev 40, qanuni təmsilçisinin Skvortsov Arkadi Sergeyeviç oğlu olduğu qeyd olunub.

Bağlanmış müqavilələrdən də göründüyü kimi DİN-nin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi tərəfindən keçirilmiş kotirovka sorğularında satınalmalar haqqında qanunun tələbləri pozulub.Belə ki,alınan mallar üçün ayrılmış dövlət vəsaitlərinin məbləğinin göstərilməməsi burada şübhə doğurmaya bilmir.

Digər tərəfdən də,Tender Komissiyasinin ən  birinci nəzərə almalı olduğu şərt iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında bank arayışı, son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı,son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti,anoloji işlərdə təcrübəsi, iddiaçının potensialı, texniki və kadr imkanları haqqında rəsmi məlumatlar olmalıdır.Lakin kotirovka sorğusunun keçirilməsindən bir neçə ay əvvəl yaradılmış,1-10 manat nizamnamə kapitalı olan,başqa heç bir tender prosedurunun iştirakçısı olmayan bu MMC -lərin nə kimi maddi texniki bazası, kadr potensialı,analoji işlərdə təcrübəsi ola bilər?

Qeyd edək ki,bu MMC-lər barəsində açıq mənbələrdə adlarından başqa hər hansı bir məlumat yoxdur.Qanuni təmsilçilərinin,barələrində heç bir məlumat olmayan MMC-lərin bir nəfər tərəfindən idarə olunduğunu deməyə əsas verir.

DİN-nin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin rəhbərliyi və Tender Komissiyası kotirovka sorğularının keçirilməsi zamanı yol verdiyi nöqsanları da yuxarıda qeyd etmişik. Bir  neçə ayın içində barəsində heç bir məlumat olmayan,cəmi 1- 10 manat nizamnamə kapitalı olan MMC-lərlə məbləği açıqlanmayan satınalma müqaviləsinin bağlanılmasından Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin və nazirliyin digər rəsmi səlahiyyət sahiblərinin görəsən xəbəri varmı? Yoxsa onlar buraya ancaq istirahət etməyə sağlamlıqlarını qorumaq üçün üz tuturlar. Qeyd edək ki,”Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin elektron poctuna ünvanladığımız sorğuya hələ də cavab verilməyib. Odur ki,araşdırmalarımız davam edir.

Aktualinfo.org

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password