Paradın gizli məqamları: Prezidentlər elan etdi

Azadlıq meydanındakı Qələbə paradında Müzəffər Azərbaycan Ordusu, dünyaya səs salan Türkiyə hərbçiləri və Türkiyə-Azərbaycan hərbi siyasi ittifaqını nümayiş etdirən iki qüdrətli türk ölkə başçısı vardı. Türkiyə-Azərbaycan müttəfiqliyi iki ölkənin dünya siyasətindəki yerini, mövqeyini möhkəmləndirib daha böyük uğurlar qazanmasını təmin edəcək.

Bu sözləri  politoloq Elxan Şahinoğlu Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı haqda danışarkən deyib.

O bildirib ki, ötən gün Azadlıq meydanında keçirilən Zəfər paradı həm də Türkiyə-Azərbaycan hərbi ittifaqını nümayiş etdirdi:

“Azərbaycan bir daha düşmənlərinə müharibədən necə güclü çıxdığını göstərdi. Bu, həm də Ermənistana açıq-aşkar bir mesaj oldu ki, daha heç bir ölkə Azərbaycanın torpaqlarına göz dikə, işğal edə, hətta belə bir düşüncəyə qapıla bilməz.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın paradda ölkə başçısı ilə birlikdə iştirak etməsi isə xüsusi önəm kəsb edir. İki ölkə başçısı əslində bu paradda yeni bir gücün, yeni birliyin doğuluşundan xəbər verdi.

Torpaqlarımızın işğaldan azad edilməsi regionda, eyni zamanda dünya siyasi arenasında diplomatik sərbəstliyimizə də təsir edəcək. Bu istiqamətdə Türkiyə ilə gələcək perspektivdə əməkdaşlığımızın əvvəlkindən də yaxşı inkişaf edəcəyini düşünürəm”./axar.az/

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password