Bu gün Milli Məclisdə komendant saatının ləğvi müzakirə ediləcək

Bu gün Milli Məclisin növbəti plenar iclasında komendant saatının ləğv edilməsi müzakirə ediləcək.

İclasın gündəliyinə daxil olan ilk məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarıdır.

Qeyd edək ki, erməni təxribatları ilə başlayan və 44 gün davam edən müharibə ilə əlaqədar Azərbaycanda hərbi vəziyyət tətbiq edilmişdi.

Plenar iclasın gündəliyində aşağıdakı məsələlər də müzakirə ediləcək:

Hesablama Palatasının sədrinin təyin edilməsi, Plenar iclasda Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunlarının layihələri birinci oxunuşda.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password