Yasamal RPİ-nin müstəntiqini qanunazidd hərəkətlər etməyə nə sövq edir – MÜRACİƏT
Şəki rayonun Baş Göynük kəndində qeydiyyatda olan və faktiki yaşayan İsmayılov Xocalı Müşviq oğlu, Həmidzadə Təhmasib Məmməd oğlu, Abdurahmanov Anar Altay oğlu tərəfindən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə,Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti xanım M.Əliyevaya,Baş nazir Əli Əsədova,Azərbaycan Respublikası Prezidenti Administarasiyasının rəhbəri Samir Nuriyevə,Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova,Dövlət Təhlükəsizlik Xidməti rəisi Əli Nağıyevə, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin sədri F.Abdullayevə,Azərbaycan Respublikasının Ali məhkəməsinin sədri R.Rzayevə,DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsi rəisinə, Bakı Baş Polis İdarəsinin rəisinƏ,Bakı şəhər Prokuroru İlqar Abbsova, Ombudsman Aparatının sədri xanım Səbinə Əliyevaya,müstəqil mətbuat orqanlarına müraciət ünvanlanıb.Ölkə başçısına və digər səlahiyyətli orqanlara müraciət etmək məcburiyyətində qalan gənclər Yasamal RPİ-nin müstəntiqi Pərviz Əsədzadənin barəsində şikayət verdikləri məhkum dələduz Elvin Əliyevin yaxınları ilə gizli sövdələşməsi nəticəsində “Cinayət işinin başlanmasının rədd edilməsi barədə”verdiyi 30 oktyabr 2020-ci il tarixli əsassız qərarınından və müstəntiqin korrupsiya hərəkətlərindən şikayətçidirlər.
Aktualinfo.org Xocalı İsmayılov,Təhmasib Həmidzadə və Anar Abdurahmanov tərəfindən səlahiyyətli qurumların rəhbərlərinə etdikləri müraciəti olduğu kimi oxuculara təqdim edir.Onlar yazırlar ki:
Çoxhörmətli cənab Prezident!
Son vaxtlar ölkəmizdə bütün dövlət strukturlarında həyata keçidiyiniz islahatlar xalqımız tərəfindən yüksək dəyərləndilimdir. Hamımız ümid ediridik ki, artıq hər bir azərbaycanlı qurduğumuz hüquqi dövlətdə hüquqlarımız pozulmadan yaşa bilərik. Lakin çox təəssüflə qeyd etmək istəyirik ki, son bir il, 3ayda üzləşdiyimiz hadisələr və pozulmuş hüquqlarımızın bərpası üçün gecə-gündüz çalışsaq da sonda 1il 3 ayda Yasamal RPİ-də biz 4 gəncin şikayəti üzrə aparılan istintaq işində əvvəlcə müstəntiq Abdulla Əliyevin hərəkətsizliyi, sonra müstəntiq,polis mayoru Firdövsi Nəsirovun qarşı tərəf olmuş dələduz məhkum Elvin Elyevin yaxınlarıilə 18 avqust 2020-ci ildə gizli sövdələşmələri nəticəsində maddi maraqları təmin edildikdən sonra arxa tarixlə 25 may 2020-ci il tarixli, “Cinayət işinin başlanmasının rədd edilmsi” barədə və son olaraq 3-cü müstənti olan Pərviz Əsədzadənin şikayət verdiyimiz məhkum dələduz Elvin Əliyevin yaxınlarıilə gizli sövdələşməsi nəticəsində verdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 30 oktyabr 2020-ci il tarixli əsassız qərarı biz gəncləri çox məyus etmişdir.
Əvvələ xatırladaq ki, biz uşaqlıq dostları olmuş mən Xocalı İsmayılov, Təhmasib Həmidzadə, Anar Abdurahmanov sonradan məlum olduğu kimi Yasamal rayonu, İ.Əbilov küçəsi 94 ünvanında dizayn işləri görən, 2018-ci ilin dekabrın 5-də CM-nin 178.3.2-ci maddəsi üzrə 3 il şərti cəza almış və 03 noyabr 2020-ci il tarixli Ali Məhkəmənin qərarı ilə bu şərti cəza çoxsaylı şikayətlərimizdən sonra 6 il 7 ay müüdətinə azadlıqdan məhrumetmə ilə əvəzlənsə də “Röyal Print” MMC-nin qanuni təmsilçisi və işçisi Əliyev Elvin Gündüz oğlu bizə vədlər verməklə 32000 manat pulumuzu ələ keçirmişdir. Məsələ barəsində 12 sentyabr 2019-da verdiyimiz şikayət ərizəsi əsasında Yasamal RPİ-nin İstintaq Şöbəsində aparılan 3 aylıq İstintaq araşdırması zamanı təqdim etdiyimiz çoxsaylı sübutedici sənədlər araşdırldıqdan sonra Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Firdövsi Nəsirov Daxili İşlər naziri cənab V.Eyvazov məşhur dələduz E.Əliyevdən DİN-nə, Binəqədi və Yasama RPİ-nə edilən çoxsaylı şikayətləri nəzərərə alaraq ictimai təhlükəli, şərti məhkum dələduz barəsində verdiyi şəxsi göstəriş əsasında 27 dekabr 2019- cu il tarixində E. Əliyev barəsində AR CM-nin 178.2.2 və 178.2.4 maddəsi üzrə yenidən başlanmış 190090379 N-li cinayət işi müstəntiq F.Nəsirov tərəfindən icraata götürülmüş və həmin gün DİN-nə faksla bu sənəd göndərilmişdir. Lakin Yasaml rayon Prokurorluğu bu qərarı tam araşdırılmadığı üçün ləğv edərək, cinayət işinin başlanması üçün işin daha detallı araşdırılmasını tövsiyə etmişdir.
10 yanvar 2020-ci ildə Bakı şəhər Prokuror müavini bizi prokuror Elçin Sultanovun və Pərviz Muradovun iştirakıilə qəbul etmiş, işlə tanış olub bu qənaətə gəlinmişdir ki, iş materiallarında olan hökmün surətndən məlum olur ki, şərti məhkum olunmuş qarşı tərəf olan E.Əliyev əvvəl cəzalandığı CM-nin 178.3.2 maddəsinə uyğun olaraq bu dəfə də biz 4 vətəndaşa qarşı eyni metod, eyni üsul və qaydadan istifadə etməklə dələduzluq əməli törətmişdir. Sonra prokuror müavini bu iş üzrə cinayət işinin başlanması üçün Yasamal Rayon Prokurorluğuna 4 xüsusatların dəqiqləşdirilməsi üçün yazılı təqdimatın hazırlanıb göndərilməsinə göstəriş vermişdir. Bakı şəhər prokurorunun müavinin yazılı təqdimatında qeyd edilən xüsusatlar müstəntiq F.Nəsirov tərəfindən araşdırıldıqdan sonra 06 mart 2020-ci ildə toplanmış materialların öyrənilməsi və cinayət işinin başlanması məsləsinə baxılması üçün Yasamal Rayon Prokurorluğuna göndərilmişdir. Bu barədə Yasamal RPİ-nin İstintaq Şöbəsinin 15 aprel 2020-ci il tarixli cavab məktubu əlavə edilir.
Lakin iş verilmiş göstərişlər əsasında yenidən hazırlanaraq cinayət işinin başlanması üçün Bakı şəhər Prokurorluğuna təqdim edilsə də, indi də dələduz E.Əliyevdən izahat alınması və digər xüsusatların araşdırılması tələb olunaraq iş materialları aprelin 30-da Yasamal Prokurorluğuna geri qaytarılmışdır.
Bununla bağlı Bakı şəhər Prokurorluğunun DİO istintaq, təhqiqatın icrasına nəzarət idarəsinin rəisi cənab Elnur Cəfərovun Yasamal Rayon Prokuroruna ünvanladığı 30 aprel 2020-ci il tarixli Yasamal Prokuroruna göndərdiyi məktubunda bildirilir:
“ İsmayılov Xocalı, Abdurahmanov Anar, Həmidzadə Təhmasib və Müttəlimov Əvəz “Röyal Print” MMC-nin işçisi Əliyev Elvin tərəfindən aldadılaraq pullarının dələduzluq yoluilə ələ keçirilməsi barədə kollektiv şikayəti ərizələrinə əsasında Yasamal RPİ-nin İŞ-də toplanmış material Bakı şəhər Prokurorluğunda öyrənilmişdir.
Müəyyən edilmişdir ki, 10.01.2020-də material üzrə Bakı şəhər Prokurorluu tərəfindən yazılı göstəriş verilmiş, vətəndaşların şikayətləri nəzərə alınmaqla araşdırma aparılması İstintaq Şöbəsinin digər müstəntiqi F.Nəsirova həvalə edilmiş, yol verdiyi qanunpozuntuları və süründürməçilk halları ilə bağlı əvvəlki müstəntiq Abdulla Əliyevə və İstintaq Şöbəsinin rəisi Həsrət Aslanov barəsində cəza verilməsi barədə tərtib edilmiş təqdimat baxılması üçün AR DİN-nə göndərilmiş, bundan başqa barəsində şikayət verilmiş E.Əliyevin qanunsuz hərəkətləri barəsində Ədilyyə Nazirliyinin İcra və Probasiya Baş İdarəsinə məktub ünvanlanmışdır.
Material yenidən Bakı şəhər Prokurorluğuna tələb edilərək öyrənilərkən müəyyən edilmişdir ki, Bakı Şəhər Prokurorunun müavinin 10.01.2020- cil tarixli yazılı göstərişində qeyd edilənlər müstəntiq tərəfindən tam icra olunmamaışdır. Belə ki, tərəflərin izahatlarında olan ziddiyətlərlə bağlı E.Əliyevdən izahat alınmamaış, E.Əliyev izahatında qeyd edildiyi kimi, ofis ləvazimatlarını Türkiyədən hansı yollarla, hansı rəsmiləşmələrlə, kimin adına sifariş olunmaqla gətirilməsi xüsusatları araşdırılmamış, iş materiallarına əlavə edilmiş disklərə və kağız formatda olan yazışmalara baxış keçirib protokol tərtib edilməmiş, disklərdə olan səs yazılarının kimə məxsus olmasının müəyyən edilməsi məqsədilə məhkəmə-fonoskopik ekspertiza təyin edilməklərəy alınmamış, “Royal Print” MMC ilə “Azeri Dizayn firmasının Elvin Əliyevlə nə kimi bağlılığı olması aydınlaşdırılmamış, şikayətçilər tərəfindən pulların verildiyi sonuncu epizodun harda baş verməsi dəqiqləşdirlməmişdir. Elvin Əliyevin 2017-ci ilin yanvarın 1-dən hazırkı günə kimi Respublika ərazisini tərk edib etməməsi sorğu edilərək yoxlanılmamış, AR Ədliyyə Nazirliyinin İcra və Probasiya Baş İdarəsinin Nəsimi rayon İcra və Probasiya şöbəsinə yazılmış sorğuların cavabları alınaraq materiala əlavə edilməmişdir.
Odur ki, yuxarıda qeyd olunanların icra olunması və araşdırılmasının Yasamal RPİ-nin İstintaq Şöbəsində davam etdirilməsinin təşkil olunması üçün aidiyyatı üzrə birinci ünvana göndərilir. “ Qoşma 3 cilddə.
Bu arada Bakı şəhər Prokurorluğunun AR Ədliyyə Nazirliyinin İcra və Probasiya Baş İdarəsinin Nəsimi rayon İcra və Probasiya şöbəsinə yazılmış sorğuların nəticəsi olaraq Nəsimi rayon Prokurorunun 30 yanvar 2020-ci il tarixli təqdimatı əsasınd 7 fevral 2020-ci ildə Nəsimi rayon Məhkəməsində E.Əliyevin 7 sutka saxlanmasına dair qərar qəbul edilmişdir.Bundan sonra axtarışda olan Elvin Əliyev aprelin 7-də saxlanılmış və Nəsimi rayon Məhkəməsi tərəfindən 18 mayda dələduzun 3 illik şərti cəzasını 6 il 8 ay həbslə əvəz edilməsi barədə hökm elan etmişdir. Verilmiş apellyasiya şikayətinə də Bakı Apellyasiya məhkəməsində sədrlik edən hakim Vaqif Mursaqulov tərəfindən baxılmış və 18 iyun 2020-ci ildə hökmun qüvvədə qalması barədə ədalətli qərar qəbul edilmişdir. Və son olaraq Ali Məhkəmədə hakim Şahin Yusibov 03 noyabr 2020-ci il tarixli qərarıilə Bakı Apellyasiya Məhkəməsinin 18 iyun tarixli hökmünü qüvvədə saxlamışdır.
Lakin təəssüflər olsun ki, hər üç məhkəmə instansiyasının dələduz E.Əliyevin 6 il 8 ay məhkum olmasını zəruri hesab etsələr də bunlardan fərqli olaraq DİN-nin Yasamal RPİ-nin hə üç müstəntiqi ( Abdulla Firdövsi və Pərviz adlı ) dələduz məhkumun yaxınlarıilə gizli sövdələşməyə girmiş və maddi maraqlarının təmin edilməsi müqabilində vəzifə saxtakarlığı edərək cinayətkar barədə “Cinayət işinin başlanamsının rədd edilməsi” barədə saxta qərar qəbul edirlər.
Baxmayaraq ki, bizim şikayətimiz əsasında Baş Prokuror cənab Kamran Əliyev 2 ay əvvəl şikayətin araşdırılması üçün 10/100 saylı əmrinin 50.5-ci bəndlərinin tələblərinə əsasən qanuna müvafiq tədbirlərin görülməsinin təmin edilməsi barədə Bakı Şəhər Prokurorluğuna rəsmi göstəriş vermiş və dərhal da konkret olaraq Bakı şəhər Prokurorluğnun bizə və Yasamal rayon Prokuroruna ünvanlanan 14 iyul 2020-ci il tarixli məktubda qeyd edilir: “Vətəndaş Xocalı İsmayılovun hüquqlarının pozulması barədə Baş Prokurorluğa daxil olmuş müraciəti baxılmsı və qanuni qərar qəbul edilməsi üçün Sizə göndərilir. AR Baş Prokurorunun 10/100 nömrəli əmrinin 50.5-ci bəndinin tələblərinə əsasən müraciət müəllifinin qəbul edilməsi, göstərilən xüsusatların tam, obyektiv və ətraflı araşdırılmasını, qanuna müvafiq tədbir görülməsini təmin edib, nəticəsi barədə 04 avqust 2020-ci tarixədək Bakı şəhər Prokuroruna göndərməyinizi və müraciət müəllifinə məlumat verməyinizi xahiş edirəm.” ( hər iki sənəd əlavə edilir)
Əsassız Qərarla bağlı bildiririk ki, müstəntiq iş materialında toplanmış 3 cildlik sənəddən yalnız biz 4 nəfərin yazdığımız izahatlar əsasında belə qanunsuz qərar qəbul etmiş, digər sənəd, səs yazıları, fotosənədlər və s. sübutların heç birini qəsdən nəzərə almamışdır.O Bakı istintaq təcridxanasında martın 7-dən noyabrın 3-dək saxlanılan Elvin Əliyevdən izahat da almayıb. Dələduzun izahatını özündən uyduraraq təhqiqat materialından köçürüb yazmışdır. E.Əliyevlə biz 4 nəfərin üzləşməsini keçirməmiş, akt tərtib etməmişdir. Baş prokurorun, Prokuror Elnur Cəfərovun və Yasamal rayon prokurorunun 21 oktyabr 2020-ci il tarixli qərarında göstərilən xüsusatların heç birini araşdırmamış və icraatına olduğu 3 gün ərzində formal və əsassız olaraq əvvəlki müstəntiqin 25 may qərarını olduğu kimi yazaraq məntiqlə aldığı rüşvətin müqabilində “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 30.10.2020 tarixli əsassız qərar qəbul edib.
Müstəntiq yalnız bir əsas məsələni arqument kimi qeyd edərək onun əsaslandıraraq belə qanusuz qərar verir: Guya biz 4 nəfər E.Əliyevlə birgə biznes quraraq qazac əldə etmişik. Guya bizim pulumuzun aldadılaraq ələ keçirilməsi baş verməmişdir. Və s. əsassız uydurmalar.Yəni qeyd edir ki, CM-nin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə, özgə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə halı baş verməmişdir. Və pulun dələduzluq niyyətilə ələ keçirilməsi faktı kifayət edən sübutların məcmusu sübuta yetirilməmişdir”.
Müstəntiqin gəldiyi bu səthi qənaətinə əslində bu qərarın 4-cü səhifəsində Təhmasib Həmidzadə verdiyi izahatında çox gözəl əsaslandırır və sübut edir ki, “E.Əliyev iş görmək adı altında guya Türkiyədən (İstanbuldan) iriməbləğlı sifarişlər üçün biz 4 nəfərdən ayrı-ayrılıqda aldığı pulların bir qismini guya işin görülməsinin nəticəsində qazanc kimi bir birimizə yenidən göndərməklə, bizdə elə təsəvvür yaratmışdır ki, guya həqiqətən qazanclı iş prosesi davam edir. Əslində isə o birimizdən aldığı pulun yarsını özünə götürdükdən sonra pulun qalanını digər yoldaşımıza göndərməklə belə bir oyun mexanizmi quraraq oyununbazlıq etmiş, şübhələr yarandığı halda isə guya sifarişlərin ləngidiyi bəhanəsilə pullarını mənimsədiyi adamlardan aralanırdı və s. T.Həmidzadə 25 may 2020 tarixli qərarın 4-cü səhifəsində yazılan izahataında qeyd edir: “…19.08.2020-ci ildə Faiq adlı yaxın dostundan 3000 manat pul borc alaraq təxminən saat 15 radələrində “Nizami” metrostansiyası yaxınlığında Elvinə vermişdir. Sonuncu isə həmin puldan 2100 manatı metronun qarşısındakı “Milli Ön” elektron ödəmə aparatından Xocalının kart hesabına göndərmişdir. Yəni. Elvin ondan işə yatırmaq adı ilə götürdüyü həmin pulun qeyd etdiyi hissəsini elə onun yanında Xocalının iş üçün verdiyi pulun qazancı kimi ödənilməsinə yönəltmişdir. O. Buna öz iradını bildirdikdə, Elvin demişdir ki, nə olsun ki, onun işinin nəticəsi bir həftədən sonra gözlənilir. Və sabah da Xocalının iş üçün yatırdığı puldan onun işinə yönəldəcəkdir.” Bax bu izahatdan da aydın görünür ki, E.Əliyev biz 4 nəfərdən Türkiyədə, İstanbuldan sifariş adı altında qəbul etdiyi iri məbləğli pulların bir hissəsini bir birimizə az qismini verərək iş görüntüsü yaradaqraq pullarımızı mənimsəmişdir. Çünki E.Əliyev 2018-ci iln martın 3-də bizi kimi 3 nəfəri də bu metodla aldadaraq 300000 ABŞ dolarını ələ keçirdiyinə görə bir gün sonra 4 martda məhkəmə qərarı əsasında barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilmiş, 11 dekabr 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin CM-nin 178.3.2 maddəsi üzrə təqsirli bilinərək hökm elan edilmiş və verdiyi (özünün etiraf etdiyi kimi) 18000 manat rüşvət hesabına 3 il şərti cəza ilə qanunsuz olaraq azadlığa çıxmışdir. Yəni bu məhkum edilən adamın xaricə səfəri mümkün olmadığını müstəntiq də yaxşı bilsə də, o dələduzun vəkili qismində çıxış edərək ictimai təhlükəli dələduzun xeyrinə əsassız qərar qəbul etmişdir.
Beləliklə, müstəntiqin CPM-nin 39.1.2,85, 207.5.2, və 212-ci maddələrinə formal və qanusuz əsaslanaraq 30 oktyabr 2020-ci il tarixli əsassız qərar qəbul etmişdir. Halbuki,Baş Prokurorun, Bakı şəhər prokuroru müavinin və idarə rəisinin yazılı əmr və təqdimatlarına və son olaraq Yasamal rayon prokuroru cənab Elman Süleymanovun 21 oktyabr 2020-ci il tarixində əvvəlki müstəntiq F.Əliyevin 25 may 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə QƏRARINA da əhəmiyyət verməmiş. İcraatına daxil edildiyi 4 gün ərzində yuxarı prokurorların yazılı göstərişləri əsasında araşdırılmalı olan xüsusatların heç birinə qəsdən əhəmiyyət verilməmiş, Işi tam, hərtərəfli, obyektiv və operativ araşdırmamış, əsas dəlilləri qəsdən itirmişdir. Bir sözlə, müstəntiq P.Əsədzadə özünü Baş prokurordan, Bakı şəhər prokuroru müavini, idarə prokuroru və Yasamal rayon prokurorundan ağıllı və savadlı hesab edərək 4 cildlik materialı icraatında olduğu 3 gün ərzində formal yekunlaşdırararaq rüşvət müqabilində cinayəti qəsdən ört-basdır etməyə cəhd etmişdir.
Çoxhörmətli Prezident İlham Əliyev!
Maddi maraqlarının təmin edilməsi naminə Baş Prrokurorun əmrinə və Bakı şəhər Prokurorunun müavinin, idarə rəisinin yazılı təqdimatlarına, Yasamal rayon prokuroru cənab Elman Süleymanovun 21 oktyabr 2020-ci il tarixində əvvəlki müstəntiq F.Əliyevin 25 may 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə QƏRARINA əhəmiyyət vermədən cəmiyyət üçün böyük ictimai təhlükə törədən məhkum dələduz Elvin Əliyevin yenidən rüşvət hesabına cinayət təqibindən ikinci dəfə xilas olması naminə qəbul etdiyi 30 oktyabr 2020-ci il tarixli qanunsuz qərarı əsasında şərait yaradan, Daxili İşlər Nazirliyini rüsvay edən, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Pərviz Əsədzadənin korrupsiya əməlləri barəsində tədbir görülməsi üçün Baş prokuror cənab Kamran Əliyevə və nazir cənab Vilayət Eyvzova eyni zamanda Ramiz Mehdiyevin birbaşa göstərişi əsasında DİN sıralarında- əlaxsus Yasamal RPİ-nin İstintaq Şöbəsində ictimaiyyət və dövlət əleyhinə fəaliyyət göstərən tör-töküntülərindən dərhal təmizlənməsinə göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk.
Baş Prokuror cənab Kamran Əliyev!
Bizim dələduzluğa məruz qalmağımızla bağlı Yasamal RPİ-də istintaq edilən cinayət işi üzrə Baş Prokuror kimi Sizin 10/100 nömrəli, 30 iyun 2020-ci il tarixli, əmrini, Bakı şəhər prokuroru müavinin 15 yanvar 2020-ci il tarixli yazılı göstərişini, Bakı şəhər Prokurorunun idarə rəisi cənab Elnur Cəfərovun 30 aprel 2020-ci il tarixli yazılı təqdimatında qeyd edilən 8 xüsusatları araşdırmasını və Yasamal Rayon prokuroru cənab E.Süleymanovun işin yenidən araşdırlması barədə 21 oktyabr 2020-ci il tarixli qərarını aldığı rüşvətə görə nəzərə almayan və tapşırılan göstərişlərin heç birinə qəsdən əməl etməyən, beləlilə yuxarı prokuroların göstərişlərinə saymazyana yanaşan Yasamal RPİ-nin korrupsioner müstəntiq P.Əsədzadənin törətdiyi qanunazidd əməllərin araşdırılaraq hüquqi qiymət verilməsinə göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk.
Cənab nazir Vilayət Eyvazov, Sizdən xahiş edik ki, məhkum dələduz E.Əliyev barəsində verdiyimiz şikayətə məhkumun yaxınlarıilə gizli sövdələşərək yuxarı prokurorların yazılı göstərişlərinə əhəmiyyət verməyən Yasamal RPİ-nin müstəntiqləri Abdulla Əliyev, Firdövsi Nəsirov və Pərviz Əsədzadənin törətdiyi korrupsiya əməlləri barəsində tədbir görülməsi üçün Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdimat yazmağınızı xahiş edirik.
Bakı şəhər Prokuroru cənab İlqar Abbasov, Sizdən xahiş edirik ki, bizim şikayətimiz əsasında 10 yanvar 2020-ci il tarixli Bakı şəhər Prokurrunun müavinin və 30 aprel 2020-ci il tarixli Bakı şəhər Prokurorluğunun İdarə rəisi cənab Elnur Cəfərovun Yasamal Prokurorluğuna ünvanladığı yazılı təqdimatda göstərilən xüsusatları araşdırılmasını və eləcə də Yasamal rayon prokuroru cənab E.Süleymanovun 21 oktyabr 2020-ci il tarixli qərarında göstərilənlərin yerinə yetirilməsi üçün toplanmış 4 cildlik materialların Yasamal RPİ-dən alınaraq Bakı Baş Polis İdarəsindəki daha savadlı, nəfsitəmiz və vicdanlı müstəntiqlərdən birinə həvalə edilməsini və 1 il 3 ay davam edən məhkum dələduz Elvin Əliyevin törətdiyi qanunazidd əməllərə nəhayət hüquqi qiymət verilməsi barədə göstəriş verəsiniz.
Yasamal Rayon Prokuroru cənab Elman Süleymanov!
Sizdən xahiş edirik ki, Yasamal RPİ-də istintaq edilən cinayət işi üzrə Baş Prokurorun 10/100 nömrəli, 30 iyun 2020-ci il tarixli, əmrini və Bakı şəhər Prokurorunun idarə rəisi cənab Elnur Cəfərovun 30 aprel 2020-ci il tarixli yazılı təqdimatında qeyd edilən xüsusatları və Sizin 21 oktyabr 2020-ci il tarixli qərarınızda göstərilənlərin yerinə yetirilməsi üçün heç bir araşdırma aparmadan müstəntiq P.Əsədzadənin sifariş əsasında qəbul etdiyi 30 oktyabr 2020-ci il tarixli əsassız qərarını ləğv edilməsi barədə qərar qəbul edəsiniz.
Aktualinfo.org