Ermənistanda əsgər valideynləri növbəti etiraz aksiyası keçirib – VİDEO

Qarabağdakı döyüş əməliyyatlarında itkin düşən əsgərlərin qohumları Üçmüədzin şəhərindəki hərbi hissənin qarşısında növbəti etiraz aksiyası keçirib.

Onlar Qarabağdakı sülhməramlı qüvvələrin komandanı Rüstəm Muradovdan məlumat öyrənmək üçün Müdafiə Nazirliyinin nümayəndələrinin gəlməsini tələb edib.

“Muradovun cavabı və axtarış işlərini nə vaxt və harada aparacaqları barədə bizə məlumat verilməsini gözləyirik. Müdafiə Nazirliyinə getməməyimizi söylədilər, gəlib özləri bizə deyəcəklər”, – uzun müddətdir həyat yoldaşından xəbər tuta bilməyən Manya Meloyan jurnalistlərə bildirib.

Bəzi əsgər valideynləri isə Müdafiə Nazirliyinin açıqlamalarına inanmadıqlarını və heç nəyə baxmayaraq, həyat yoldaşı və uşaqlarının evlərinə qayıtmasını gözlədiklərini deyib.

Etirazçılardan biri rus sülhməramlılarının bazasına zəng vuraraq Zəngilan bölgəsində axtarış işlərinin nə vaxt aparılacağını soruşub. Ona cavab olaraq Xocavənd rayonunda işlərin aparıldığı, daha ətraflı məlumat verə bilməyəcəkləri deyilib.

Etirazçlardan biri bu əsnada hərbi hissənin qarşısındakı zabit və polislərə hücum edib. O, “səni öldürəcəm… Ölümdən və mühakimədən qorxmuram… Uşaqlarımızı göndərdilər və unutdular… Oğlumun üç uşağı qaldı, üç il, beş il, yeddi il… Hər gün atalarının harada olduğunu soruşurlar… Hər gün Müdafiə Nazirliyinə gedirəm, sonra buraya gəlirəm” deyə qışqırıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password