“Ermənilərin ağıllarını başlarına toplaması lazım…” – Ərdoğanın çıxışı

“Cənab Prezident, əziz qardaşım, Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman mənsubları, azərbaycanlı can qardaşlarım, sizi ürəkdən salamlayıram”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.

“Bu Zəfər Gününüzdə sizinlə bir yerdə olmaqdan xoşbəxtlik duyuruq. Qardaşım cənab İlham Əliyevə dəvəti və qonaqpərvərliyinə görə təşəkkür edirəm. Azərbaycanın 44 gün çəkən mübarizəsində şəhid olan igidlərə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”, – bildirib.

“Qarabağı 30 illik həsrətdən sonra ana Vətənə qovuşduran Azərbaycan Ordusunun mənsublarını təbrik edir, onları dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm. 20 Yanvarda şəhidlərin qəbirlərinə qoyulan qərənfillər necə müstəqilliyi xatırladırsa, indi də Dağlıq Qarabağ bölgəsinə xas xarıbülbül Azərbaycan ərazilərinin azadlığının simvoluna çevrilib” – deyə,  Rəcəb Tayyib Ərdoğan bildirib.

O, Bəxtiyar Vahabzadənin şeirindən misal gətirib: “Bu zəfər günündə sizinlə birgə olmaqdan böyük bəxtiyarlıq duyuram. İlham Əliyev qardaşıma zərif dəvəti üçün təşəkkür edirəm. 44 günlük müharibədə şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.

Şair Bəxtiyar deyib:

Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı ancaq
Qanla möhürləyib, zorla alarlar.

Xarı bülbül Azərbaycan torpaqlarının simvolu olub. Qardaşım İlham Əliyev mərhum Heydər Əliyevin ona vəsiyyətini yerinə yetirib. Bu münasibətlə ümummilli lider Heydər Əliyevə rəhmət diləyirəm. İnşallah, İlham Əliyev dastan yazmağa davam edəcək.

Türkiyə bütün dəstəyi ilə Azərbaycanın yanında olub. Heydər Əliyevin “iki dövlət, bir millət”, Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözlərini xatırlamaq yerinə düşər. Bugünədək siyasi arenada aparılan mücadilə bundan sonra fərqli gedəcək.

Füzuli şəhərində bayraq asmağa bina tapılmayıb. Şəhərlər, kəndlər, məscidlər dağıdılıb, viran qoyulub. Ermənilərdən bütün bu təxribatın məsuliyyəti sorulmalıdır. Bərdə, Gəncə, Tərtər, Ağcabədi, Ağdam, Naftalan kimi şəhərlər bombalanıb.

100 nəfər bu bombalanma zamanı şəhid olub, 416 insan bu bombalanmada yaralanıb. Bunun hesabını istəmək boynumuzun borcudur. Bir milyon məcburi köçkün artıq doğma torpaqlarına qayıtmaq üçün səbirsizlənib. İnşallah, qısa müddətdə onların öz torpaqlarına qayıdacağına inanırıq.

Ermənilərin ağıllarını başlarına toplaması lazımdır. Ermənistan rəhbərliyi bütün xərclərini lazımi yerə yönəltsəydi, daha yaxşı ola bilərdi. Qərb imperialistlərin dəstəyi ilə bir şeyə nail olmaqdansa, mehriban qonşuluq edilməlidir. Belə olarsa, bölgədə sakit həyat tərzi olar”.

“Azərbaycanın həm hərbi, həm diplomatik sahədə əldə etdiyi bu uğurda ən böyük pay sahiblərindən biri, şübhəsiz ki, qardaşlarımdan biri cənab Preizdent İlham Əliyevə aiddir”, – o bildirib.

Rəcəb Tayyib Ərdoğan bir daha Azərbaycana dəstəyini ifadə edib: “Əziz Azərbaycan xalqı, Türkiyə Azərbaycanın apardığı mübarizəyə lap əvvəldən bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanında olub”.

“Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə həmişə böyük öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutmuşuq. Qazi Mustafa Kamal Atatürkün təbirincə, “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”. Bu anlayışla Qarabağı 30 il boyunca sinəmizdə yara etdik. Bu gün bu yaranın sağalmasının sevincini paylaşmaq üçün birgəyik. Azərbaycanın ərazilərini işğaldan azad etməsi mübarizənin bitmiş mənasına gəlmir. Bu günədək siyasi və hərbi sahədə aparılan mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcək”, – o qeyd edib.

“Qardaşım İlham Əliyev beləliklə mərhum Heydər Əliyevin vəsiyət etdiyi arzusunu da yerinə yetirib. Bu vəsilə ilə güclü Azərbaycanın təməllərini atan ümummilli lider Heydər Əliyevi buradan rəhmətlə anıram. Azərbaycan qardaşım İlham Əliyevin liderliyi altında dastan yazmağa davam edəcək”, – o qeyd edib.

Türkiyə Prezident ermənilərin vəhşiliyini də yada salıb: “Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa bina belə tapılmayıb. Bütün şəhərlər dağıdılıb, bütün kəndlər yerlə yeksan edilib, qəbiristanlıqlar, məscidlər belə dağıdılıb”.

“Ermənilərin bəziləri hər şeyi dağıtdığı kimi, tarixi-mədəni varlıqları və təbii ki, zənginlikləri də yağmalayıblar. Bütün bunların bədəli ödənilməlidir. Müharibə zamanı Gəncə, Tərtər, Ağdam, Bərdə, Ağcabədi kimi Azərbaycan əraziləri hədəf alınıb. 100 mülki vətəndaş şəhid edilib, analar uşaqsız, uşaqlar valideynsiz qalıb. Hücumlar nəticəsində 416 qardaşımız yaralanıb. Müharibə hüququ ağır şəkildə pozulub, insanlıq şərəfi tapdalanıb. Bunları görməzdən gələnlərin gözləri qədər vicdanları da korlaşıb. Bunun hesabını almaq boynumuzun borcudur”, – o bildirib.

Rəcəb Tayyib Ərdoğan daha sonra qeyd edib: “İllərdir doğulduğu yerlərdən uzaq qalan, məmləkət həsrəti ilə yanan 1 milyon qaçqın və məcburi köçkün qardaşımız artıq doğulduqları ərazilərə qayıtmaq üçün səbirsizlənir”.

“İnşallah, ən qısa müddətdə bu qardaşlarımızın həsrətinin sona çatacağına inanırıq. Əziz qardaşlarım, Dağlıq Qarabağa dağıntı, qətliam və göz yaşından başqa heç nə gətirməyənlərin də artıq ağıllarını başına yığması lazımdır. Erməni rəhbərlər xalqın resurslarını Azərbaycanın ərazilərini işğal altında saxlaya bilmək üçün istifadə edib. Halbuki bu resurslar mənasız müdafiə xətlərinə, silahlara, gözlərini kin və qan bürümüş rəhbərlərin ehtiraslarına xərclənməmiş olsaydı, bu dəqiqə mənzərə tamam fərqli olardı. Erməni siyasətçilərin bunu yaxşı təhlil edərək sülh və sabitliyin əsasında gələcəyini qurması yolunda cəsur addımlar atacağına ümid edirik. Ermənistan xalqının da özlərini keçmişin yalanları ilə başını qatan, kasıblığa məhkum edən diasporun əsarətindən qurtulmasını diləyirik. Qərb imperialistlərinin dəstəkləməsi ilə heç nəyə nail olunmayacağı görülməli, düşmənçilik yerinə mehriban qonşuluq əsasında münasibətlər yenidən müzakirə olunmalıdır. Ermənistan xalqı Qarabağda yaşananlardan dərs çıxararsa, bu, bölgədə yeni bir dövrün başlanğıcı olacaq”, – o qeyd edib.

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bu gün Bakıdakı Zəfər paradında çıxışı zamanı təsirli fikirləri ilə diqqəti çəkib. O, Azərbaycan bayatısı söyləməsi ilə yadda qalıb:

“Artıq Azərbaycan torpaqları illərcə həsrət qaldığı Tərtərçaya qovuşmuşdur. Şuşanın başının üzərindəki duman artıq dərdli deyil. Xarı bülbül artıq azaddır və daha parlaq açacaq.

Köndələnçay artıq daha gur axacaq. Araz türküsünü daha güclü çağıracaq, “Qarabağ Şikəstəsi”ni oxuyan nəfəs daha bərk çıxacaq.

Arazı ayırdılar,
Qum ilə doyurdular,
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar…

Ay Laçın, can Laçın, mən sənə qurban Laçın. Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır.

Bu gün Azərbaycan şairi, milli mücahid Əhməd Cavadın ruhunun şad olduğu gündür. Bu gün Nuru Paşanın, Ənvər Paşanın, İslam Qars Ordusunun əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür.

Bu gün hamımız, bütün türk dünyası üçün böyük qürur günüdür. Rəbbimə bizlərə bu günü yaşatdığı üçün sonsuz həmd diləyirəm. Qarabağ Azərbaycandır! Qarabağ artıq ana vətəni ilə qucaqlaşmış, 30 illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdiyi müddətdə bütün çətinlikləri birgə aşmağa davam edəcək.

Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!

Bu düşüncələrlə çıxışımı yekunlaşdırarkən bütün Azərbaycan xalqını, əziz qardaşım Prezident İlham Əliyevi və şanlı Azərbaycan Ordusunu, Türk Ordusunu ürəkdən təbrik edirəm. Əziz şəhidlərimizi bir daha rəhmətlə yad edir, qazilərimizə tezliklə sağalmalarını arzu edirəm. Sağ olun, var olun, Allaha əmanət olun!”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password