“Vətən Müharibəsi Qəhrəmanı” adı verilən generallar kimlərdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb. 

Təltif olunanlardan 4-ü generaldır.

Bunlardan biri də Dövlət Sərhəd Xidmətinin rəis müavini Mehdiyev İlham İsmayıl oğludur.

General-leytenant İlham Mehdiyev 1965-ci ildə Balakəndə anadan olub. 1993-cü ildən xidmət edən İlham Mehdiyevə general-leytenant rütbəsi 2016-cı ilin avqustunda verilib. Ailəlidir, 3 övladı var.

General-leytenant İlham Mehdiyev

Təltif olunan digər generallardan biri də Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevdir.

Uzun illərdi Azərbaycan Silahlı Qüvvələrində xidmət edən Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

Biləsuvar rayonunda anadan olan XTQ komandanı Cəbrayılın və Şuşanın işğaldan azad edilməsində xüsusi rolu olub.  Ona generel-leytenant rütbəsi bu ilin oktyabrın 17-də verilib. Bundan başqa, Hikmət Mirzəyev xidmətlərinə görə zaman-zaman müxtəlif medallarla təltif olunub.

General-leytenant Hikmət Mirzəyev

İslamzadə Namiq Sərəfruz oğlu isə uzun müddətdir Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) xidmət edir. Onun aviasiya vasitələrinin müasir standartlara gəlməsində böyük əməyi var. Bu ilin iyul ayında Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. İkinci Vətən Müharibəsində də böyük şücaət göstərib. Bu ilin dekabrında Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə ona general-mayor ali hərbi rütbəsi verilib.

General-mayor İslamzadə Namiq

“Vətən Müharibəsi Qəhrəmanı” adının verildiyi generallardan biri də Kənan Seyidovdur. General-mayor Kənan Əlihüseyn oğlu Seyidov Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin müavinidir. O, 2016-cı ildə Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə “İgidliyə görə” medalı ilə təltif edilib. İmişlinin Bəhrəmtəpə qəsəbəsində anadan olan Kənan Seyidov 2003-cü ildə, kapitan qismində “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 11 il sonra, 2014-cü ildə isə Kənan Seyidov artıq polkovnik-leytenant qismində təltif edilib. O, İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalına da layiq görülüb. 2016-cı ildə isə Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə “İgidliyə görə” medalı ilə təltif edilib.

General-mayor Kənan Seyidov

 

Məmmədov Zaur Sabir oğlu isə Ağcabədi rayonu, Hindarx qəsəbəsində anadan olub. Vətən müharibəsinin komandanlarından biri olan Zaur Məmmədov 2005-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Prezidentin sərəncamı ilə  iki gün öncə Zaur Məmmədova general-mayor ali hərbi rütbəsi verilib./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password