Oğuz meşə sahəsində ötən il salınmış qoz bağı niyə məhv edildi? – MÜRACİƏT

Oğuz rayon Meşə Təsərrüfatı İdarəsinin sabiq meşəbəyisi Seyidov Xalid Tofiq oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanım Əliyevaya Baş naziri Əli Əsədova, Dövlət Təhlükəsizlik Xidməti rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri  Vilayət Eyvazova, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə,  Ombudsman Aparatının rəhbərinə və  Kütləvi İnformasıya Vasitələrinə Qəbələ Regional Meşə Təssərüfatı Mərkəzinin müdiri Alim Əlizadənin və ETSN-dəki himayədarlarının korrupsiya  hətəkətlərinin dərhal qarşısının alınması barədə növbəti dəfə müraciət ünvanlanıb.

Aktualinfo.org sabiq meşəbəyisi Xalid  Seyidovun sözügedən müraciətini olduğu kimi oxuculara təqdim edir.O,yazır:

Çox hörmətli cənab Prezident İlham Əliyev!

Xatırladım ki,  doğma Oğuz meşələrinə son dövrlərdə kəskin hücumlar başlanmış və mən də Nazirliyə dəflərlə faktlar üzrə şikayətlər etmişdim. Budur, son iki ildə Oğuz-Qəbələ regionundakı meşələrdə demək olar ki. bir dənə də olsun sağlam, yaralı, ağac qalmayıb( təbii ki, yol kənarlarını nəzərə almasaq) Əvvəlcə meşələrimizə total hücumlarla bağlı yuxarı orqanlara , DTX-ya müraciətlər etdim. Heç bir xeyri olmadı. Və sonda, 2020-ci ilin əvvəlində Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevin İsmayıllıda və Ağsuda keçirdiyi rəsmi səyyar qəbullarında oldum. Vəziyyəti əlimdəki foto və sübutlarla ona izah etdim. Dedim ki, yaxın ətrafınız Sizi aldadır, meşələri amansızcasına məhv edirlər, xahiş edirəm tədbir görün. O isə REAKSİYA vermədi.  Bu qəbullardan sonra Daxili İşlər nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əlimdəki faktlarla müraciət etdim. Sağ olsunlar ki, dövlətin qayğısını çəkirlər, məsuliyyət hiss edirlər. başa sala bildim ki, Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatında son dərəcə acınacaqlı vəziyyət yaranıb. BCMCİ-nin əməkdaşları 11 mart 2020-ci ildə dərhal Bakıdan gələrək  Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatında direktor İlqar Qəribovu, baş mühasibini, meşə sahə rəislərinin çoxunu saxlayaraq Bakıya apardılar. Xatırladaq ki,saxlanılan müdir İ.Qəribov ETSN-nin Meşə Təsərrüfatı depertamenti direktoru Ağaqardaş Qafarovla qohumdurlar(kirvədirlər)Onların şərikləri və himayədarları isə ETSN- in nazir müavini Firdövsi Əliyevdir. Budur, İlqar Qəribovun dəstəsinin bir qismi həbs edilsə də, digərləri başda onu əvəzləyən Alim Əlizadə  İ.Qəribovu ETSN-dəki himayədarlarına güvənərək meşələrə qənim kəsilib, onu hər gün məhv etməklə məşğuldur.  

Son müraciətimdən sonra ETSN-nin 6 və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin  komissiyası bir neçə meşə dolağında apardığı yoxlama zamanı  baş verən kütləvi məhvetməni gördülər. Lakin onlar çox az ərazini əhatə edən sahəyə – yalnız hər meşə dolayından cəmi 1 kvartala baxış keçirməklə kifayətləndilər. Halbuki, hər meşə dolayı 8-10 kvartaldan ibarətdir.

Həbs edilən İlqar Qəribovun yerinə yeni təyin olunmuş yaxın adamı Alim işə başladığı 20 gün ərzində 400 ağac kəsilib satılmışdır.Keçən noyabr ayı ərizndə Muxas kənd sakinlərinin şikayəti nəticəsində 6 saylı Regional Ekologiya İdarəsi tərəfindən tək bir meşə dərəsində 90 ədəd təzə kəsilmiş ağac aşkar edilmiş və hamısına cəmi 1300 manat cərimə aktı yazılmışdır. Hər ağaca 13 manat. Yəni ağacın qara bazarda satış qiyməti qədər cərimə.

20 gün əvvəl mənim şikayətim əsasında DİN-nin BMCQMİ-nin əməkdaşları Oğuzun Filfili kəndinin tək bir hissəsində yoxlama aparakən bir dəstəni cinayət başında yaxlayaraq aparmışlar. Hadisə REAL TV-nin çəkilişi əsasında 1 həftə əvvəl ictimaiyyətə təqdim edilmişdir.

   ETSN Regionnal Meşə Təsəsrrüfatı Mərkəzinin müdiri A.Əlizadə hazırda idarənin ən vacib postlarına sabiq müdir İ.Qəribovun yaxınılarını vaxtilə qanun pozuntusuna görə işdən qovulmuş bir neçə şəxsə yenidən 2 ştat vahidi üzrə işə götürərərk qanusuzluq edir. Məqsədi sabiq müdirin tapşırıqları əsasında hazırda törədilməkdə olan qanusuz əməllər barədə məlumatların kənara çıxmasının qarşısını almaqdır.

Budur, 6 dekabr 2020-ci ildə A.Əlizadənin birbaşa göstərişilə Oğuzun Tayıflı kəndində 2019-cu ilin yazında 6 ha meşə sahəsində salınmış qoz bağını tamamilə texnikanın köməyilə əvvəlcə kürütdürmüş və taxıl əkilməsi üçün şumlanaraq hazır vəziyyətə gətirilmiş və yerli bələdiyyə sədrinə satılmışdır. Axı dövlət bu qoz bağının salınması və qulluq göstərilməsi üçün buraya son 2 ildə 100 min manatdan çox vəsait xərcləmişdir. Qoz bağının məhv edilməsi vandalizmdir. Tayıflı kəndinin meşə sahəsində isə 8 ha sahəni də A.Əlizadənin göstərişilə şumlayaraq taxıl əkilmişdir.

Maraqlı burasıdır ki, şikayətlərimiz əsasında yerində araşdırma aparılması üçün Oğuza gəlmiş ETSN Daxili Audit İdarəsinin rəisi Samir Kərimli adlı birisi də yaxın meşə ərazisində formal göründükdən sonra heç bir qeydlər etmədən çıxıb getmişdir.

  Mənim 1 ay əvvəl yazdığım şikayət ərizəsinə cavab verən ETSN-in yanında Dövlət Ekologiya Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırovun 27 noyabr 2020-ci il tarixli cavab məktubunda qeyd edilir: Qəbələnin Yenikənd meşəbəyliyinin 10 saylı və Bum meşəbəyliyinin 6 saylı dolaylarında yoxlamalar aparılmasını tələb etmisiniz. Araşdırma zamanı Yenikənd meşəbəyliyində cəmi 2 (iki) ədəd müxtəlif cinsli, kiçik diametrli ağacın kəsilməsi aşkar edilmişdir.”  Yəni formal cavabdan da görünür ki, ETSN –nin məsul şəxsləri nədənsə Oğuz və Qəbələdə son illər aparılan kütləvi meşə kəsintilərini görmək və qanunauyğun tədbir görmək istəmitrlər. Onlar bu biznesdən əldə olunan gəlirə ortaq olmaqla başlarını dolandırır, vəzifələrinin öhdəsindən gəlmirlər.

 Mən müdir A.Əlizadəyə ağac kəsimlərilə bağlı iradlarımı bildirdikdə qeyd edir ki,, biz bu kəsimlərlə bağlı tədbir görülməsi üçün sənədləri prokurorluğa göndəririk.

 Cənab Prezident, və hörmətli xanım Mehriban Əliyeva! Sizin hazırda müharibə və müharibədən sonrakı dövrdə vacib işlərin həyata keçirilməsilə məşğul olduğunuzdan istifadə edərək  ETSN Oğuz-Qəbələ Meşə Təsəsrrüfatı İdarəsinə yenicə müdir vəzifəsinə təyin edilən Alim Əlizadənin  sələfi Qəribovun yolunu davam edərək işlədiyi 7 ay ərzində meşələrimizi həm kürümə, həm də kütləvi kəsiminə şərait yaratmaqla məhv olmasına gətirib çıxaran qanunsuz əməllərin qarşısının alınması üçün bir daha  xahiş edirəm ki, Oğuz-Qəbələ meşələrinin barbarcasına darmadğın edilməsi faktlarının yerində araşdırılmasına və məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyatı təşkilatlara göstəriş verəsiniz.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password