Erməni deputatdan etiraf: “Azərbaycan hərbçiləri Göyçədə”
Bu gün mülki geyimli azərbaycanlı hərbçilərin Vardenisdəki restoranların birində nahar etdikləri barədə müxtəlif mənbələrdən məlumatlar alırıq.
“Novosti Armeniya”ya istinadla istinadla xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasından olan millət vəkili İveta Tonoyan Milli Məclisdə “Parlament saatı”nın gedişində deyib.
Onun sözlərinə görə, eyni mənbələr Azərbaycan hərbçilərinin Vardenisin mağazalarında alış-veriş etdiklərini də bildiriblər.
“Əlbəttə ki, Milli Təhlükəsizlik Xidməti özünəməxsus tərzdə bu məlumatları təkzib etməyə tələsdi, amma hamımız rəsmi strukturlarımızın bu təkzibinin, xüsusən də bizim üçün, nədən ibarət olduğunu gördük”, – deyə İ.Tonoyan vurğulayıb.
Qeyd edək ki, erməni deputatın qeyd etdiyi Vardenis (Basarkeçər) rayonu qədim Azərbaycan torpağı olan Çöyçə mahalında yerləşir.