Ayder Mücdabayev: “Rusiya “Qarabağ kartı”ndan Krıma görə Türkiyəyə təsir vasitəsi kimi istifadə edəcək”
“Əminəm ki, Türkiyə heç vaxt Krımı Rusiyanın ərazisi kimi tanımayacaq. Ancaq Putinin belə bir fikri var. Türkiyə Krımı Rusiyanın ərazisi kimi tanısa, onda Moskva Dağlıq Qarabağdan imtina etməli olacaq. Ancaq Türkiyə rəhbərliyi buna getməyəcək. Türk zehniyyətini anlamaq lazımdır: Rusiya onlar üçün tarixi düşməndir. Beləliklə, belə bir hiylənin baş tutma ehtimalı azdır”.
Bu fikirləri Ukraynanın “Teleqraf” nəşrinə müsahibəsində ATR telekanalının baş direktorunun müavini Ayder Mücdabayev deyib. O əlavə edib ki, “Krımın azad edilməsi yalnız Putin Rusiyasını parçalamaqla mümkündür. Bu isə yalnız Ukrayna və bütün Qərbin ortaq hərəkətləri nəticəsində reallaşa bilər. Təəssüf ki, Ukrayna özü hələ ibtidai işləri görməyib. Bir-birinə nifrət bəsləyən səlahiyyətlilər (söhbət Poroşenko və Zelenskidən gedir) eyni şey etmədilər. Yəni Krım tatarlarının muxtariyyət hüququ tanınmadı”.
Mucdabayevin fikrincə, Türkiyə zaman-zaman Ukraynanı dəstəkləyəcək. Amma Azərbaycanın maraqları üçün bu dəstək sona qədər olmaya bilər. Çünki Rusiya de-fakto Azərbaycandadır. Əgər Türkiyə Krımı Rusiya ərazisi kimi tanısa, onda Moskva Ankaranın Qafqazda möhkəmlənməsinə və Orta Asiyaya nüfuz etməsinə göz yumacaq. Əks təqdirdə Azərbaycan və Türkiyə üçün Rusiya sürprizlər edə bilər.