Samvel Martirosyan: “Bir çox gizli sənədlərin azərbaycanlıların əlində olduğu ortaya çıxdı”

Qarabağ müharibəsi kiberməkanda paralel olaraq davam edib. Belə ki, azərbaycanlı hakerlər bir çox dövlət saytlarına girməyə müvəffəq olublar.

Barədə media təhlükəsizliyi mütəxəssisi Samvel Martirosyan Ermənistan mətbuatına danışıb. O bildirib ki, “Azərbaycan tərəfdən son 10 ayda Ermənistana geniş miqyaslı kiberhücumlar olub. 2020-ci ildə erməni virtual məkanı görünməmiş bir kiber hücuma məruz qalıb. Nəticədə gizli məlumatların böyük sızması qeydə alınıb”.

Onun sözlərinə görə, kiber hücumlar baxımından bu il ölkə üçün çox çətin keçib. “İlin birinci yarısında əsas problemlər karantinlə əlaqələndirilib. Çünki internetdən istifadə təcrübəsi olmayan bir çox insan ondan istifadə etmək məcburiyyətində qalıb. Bu da kiber cinayətkarlar üçün əlavə imkanlar yaradıb”, – deyə mütəxəssis bildirib. O əlavə edib ki, “İlin ikinci yarısı iki əsas hadisədən təsirlənib: Tovuzdakı iyul eskalasiyası və Qarabağ müharibəsi. Həm birinci, həm də ikinci vəziyyətdə hakerlər hiperaktiv olub. Bununla birlikdə, sentyabr ayından başlayan hücumların sayı və keyfiyyəti görünməmiş hala gəlib. Hələ iyul ayında bir qrup haker “Artsax”ın NSS zabitləri də daxil olmaqla bir neçə yüz erməninin fotolarını və pasport məlumatlarını Azərbaycan haker forumlarında dərc etməyə başlayıb. Bundan əlavə, azərbaycanlı hakerlər facebook-da “Artsax” Ordusunun hərbi hissəsinin inventarları barədə internetdə bir çox məlumatları paylaşıblar”.

“10 oktyabrda misli görünməmiş bir hücum həyata keçirilib və bunun nəticəsində Konstitusiya Məhkəməsi və İnsan Hüquqları Müdafiəçisi saytları da daxil olmaqla demək olar ki, bütün dövlət saytları sındırılıb. Təxminən 50 böyük sayt sıradan çıxıb. Hökümət serverlərindən nə qədər məlumat çıxarıldığı barədə hələ dəqiq bir məlumat yoxdur”, – deyə Martirosyan qeyd edib./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password