Çavuşoğludan sərt mesaj: Çox səbir göstərdik!

Türkiyə Avropa Birliyi (AB) ilə münasibətlərini inkişaf etdirmək istəyir.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bunu sabah keçiriləcək AB zirvəsinə görə söyləmirik:

“Hər iki tərəflərdən qaynaqlanan səbəblərə görə problemlər ortaya çıxdı. Bu problemlər ancaq dialoq və diplomatiya yolu ilə həll edilə bilər.

AB Yunanıstanla bağlı məsələlərdə dürüst vasitəçi rolunu oynamalıdır. Bu müddət ərzində Yunanıstan və Cənubi Kiprin təxribatçı addımlarının şahidi olduq. Bunları masa arxasında əyləşdirmək olardı. Ancaq məsələ ilə bağlı heç bir iş görülmədi. Yunanların hələ də təxribatçı hərəkətləri davam edir. Türkiyə çox səbir göstərdi. Yenə də Afina dialoqa yanaşmadı. AB-nin bu həqiqətləri görməsi vacibdir. Birtərəfli bəyanatlar görürük, bu düzgün addım deyil”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password