Avropanın 28 ən güclü adamı – Siyahının başına Merkeli qoyublar…
2020-ci il asan keçmədi, 2021-ci il də, deyəsən, yaddaqalan olacaq. Avropada gözlənilməz hadisələr baş verə bilər. ABŞ Prezidenti Donald Tramp və Almaniyanın Kansleri Angela Merkel vəzifədən gedir, Co Bayden gəlir; koronavirusa qarşı uğurlu vaksin hazırlamaq və tədarük etmək uğrunda yarışma qızışır.
Azadlıq Radiosunun məlumatına görə, “Politico” dərgisi gələn il üçün Avropanın ən güclü 28 şəxsiyyətinin siyahısını hazırlayıb. Bu siyahı bir suala cavab tapmağa çalışır: pandemiya qitənin güc strukturuna necə təsir göstərib və gələn il kim ən güclü nüfuza sahib olduğunu sərgiləyəcək?
15 ildir kansler vəzifəsində olan, bir neçə aya istefa verəcək Angela Merkel siyahının başına qoyublar. Qalan 27 nəfər isə işgörənlər, işpozanlar və xəyal edənlər kateqoriyalarına bölünür.
Siyahıda 15 yeri siyasətçilər tutub. Əvvəlki illərdən fərqli olaraq bu dəfə siyahıda müxtəlif sahələrin – biznes, elm, səhiyyə, mədəniyyət və idman təmsilçiləri yer alıb.
Qeydi-siyasilər sırasında irqçiliyə qarşı fransalı fəal Roxaya Diallo, Telegram sosial şəbəkəsinin qurucusu Pavel Durov, “Harry Potter” kitablarının müəllifi J.K. Roulinq var. “Manchester United”ın futbolçusu, uşaq yoxsulluğu ilə mübarizə aparan Markus Rəşford siyahının ən gənc üzvüdür. Onun 23 yaşı var.
Ümumilikdə siyahıya 16 kişi və 12 qadın daxildir.
Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan 6-cı yerdədir. Britaniyanın Baş naziri Boris Conson 9-cudur. Rusiya Prezidenti Vladimir Putin işpozanlar siyahısında 6-cı olub.
Belarus müxalifətçisi, 9 avqust seçkisində Aleksandr Lukaşenkonun deyil, onun prezident seçildiyi bildirilən Svetlana Tixanovskaya xəyal edənlər kateqoriyasında 6-cı yerdədir. (azadliq.org)