Sumqayıt Tibb Kollecinin 8 MMC ilə işbirliyini kim araşdıracaq?

Bir neçə gündən sonra Aktualinfo.org-un Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş kotirovka sorğularında yol verilmiş qanun pozuntularının araşdırılması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə,Respublika Hesablama Palatasına, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və Sumqayıt şəhər prokurorluğuna ünvanladığı müraciətlərin bir ayı tamam olacaq.Aktualinfo.org ondan əvvəl isə Sumqayıt Tibb Kollecinin Tender Komissiyasına sorğu məktubu ünvanlamış,göstərilən məsələlərə münasibət bildirməyi xahiş etmişdi.Bu bir ay ərzində göstərdiyimiz qurumlardan yalnız Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Sumqayıt Tibb Kollecinin rəhbərliyinə ünvanladığı məktubun bir surəti də məlumat üçün redaksiyamıza göndərilib.Məktubda deyilir: “Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş satınalma prosedurları barədə “Aktual qəzet” elektron portalının 06.11.2020-ci il tarixli müraciəti İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuşdur.Qeyd olunan müraciətdə qaldırılan məsələlərin araşdırılması məqsədilə həmin müraciəti Sizə göndərir və təsdiqedici sənədləri əlavə etməklə araşdırmanın nəticələri barədə 3 (üç) iş günü ərzində Dövlət Xidmətinə məlumat verilməsini xahiş edirik.

Fikir verirsinizmi? Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfimizdən qaldırılan məsələnin bir səlahiyyətli dövlət quqrumu kimi özləri araşdırmalı olduğu halda,araşdırılaraq cavab verilməsini kimə həvalə edir? Xidmət hüquq mühafizə və digər səlahiyyətli orqanlardan da deyil, Sumqayıt Tibb Kollecindən xahiş edir ki,yol verdiyi qanunsuzluqlara don geyindirsin. Sumqayıt Tibb Kolleci isə bir ünvanda yaradılmış 8 MMC-nin kotirovka sorğularında qalib çıxmasını necə əsaslandıracaq deyə bilmərik.Bəlkə də heç cavablandırmayacaq.Gedişatdan Rəfail Eyvazovun qanunları saymadığı açıq-aydın görsənir.Direktor kollecin elanlarda yerləşdirdiyi əlaqələndirici şəxsin telefon nömrəsini də,e-mail adres də formal olaraq yazdırıb.Elə bilin elanı görüb kotirovka sorğusunda iştirak üçün müraciət etmək istəyirsiniz,lakin cavab verən yoxdur.Arxada isə bir ünvanda yerləşən 8 MMC ilə işbirliyi qurulur. Bu isə kollec rəhbərliyinin arxayınçılığından irəli gəlir.Ötən yazıda da qeyd etdiyimiz kimi Azərbaycan Həmkarlar Konfederasıyasının sədri,millət vəkili Səttar Mehbalıyev ilə qohumluq telləri Rəfayil Eyvazova bir tədris ocağının,bir  dövlət müəssisəısinin rəhbəri olduğunu unutdurub.Rəfail Eyvazov Tibb Kollecinin diroktorluğu ilə yanaşı həm də bizneslə məşğuldur. restoranlar şəbəkəsinə sahibdir.Ona kollecdə imtahanlardan yığdığı pullar bəs etmirmiş kimi,dövlət vəsaitlərinə də göz dikir.Bir kollecdə il yarım ərzində 500 min manat civarında dövlət vəsaiti hara xərclənib?Üstəlik bu bir il yarımın 8-9 ayında koronavirus pandemiyası ilə əlaqədər kollecdə tədris prosesi dayandırılıbsa?

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin araşdırması artıq bizə bəlli oldu.Bəs Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bunun kimi ciddi korrupsiya əməlinə nə üçün biganə yanaşır? Hesablama Palatası dövlət vəsaitinin xərclənməsində yol verilən nöqsanlar barədə bir mətbuat orqanı olaraq qaldırdığımız məsələni niyə araşdırmır? Araşdırılması üçün heç olmasa Sumqayıt Tibb Kollecinə bir məktub da göndərmir Hesablama Palatası.Bəs onda bir ünvanda yaradılmış  8 MMC vasitəsi ilə Sumqayıt Tibb Kollecinin hesabından çıxarılmış 500 min manat civarında dövlət vəsaitinə “görülmüş işləri” kim araşdıracaq?

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password