“Bu, həm Avropada, həm də Rusiyada ciddi qıcıq yaradır”

 

Türk ordusunun Azərbaycanda olması və Azərbaycanla birlikdə müxtəlif məsələlərin həllində iştirakı müsbət haldır. Ən əsası kənardan olan bəzi basqıların qarşısının alınması, təzyiqlərin neytrallaşdırılması baxımından vacibdir.

Bu fikirləri teleqraf.com-a Real Partiyası sədrinin müavini Natiq Cəfərli Türk ordusunun Azərbaycanda olmasının əhəmiyyəti haqqında danışarkən deyib.

Natiq Cəfərli onu da xatırladıb ki, qonşularımızın, o cümlədən Rusiyanın bununla bağlı qıcıqlandırıcı mövqedə olduğu bəllidir:

“Ona görə də, bəzi məsələlərin həllinin daha rəvan və qıcıq yaratmadan həll edilməsinə ehtiyac yaranıb. Hər halda belə görünür. Yəni strateji olaraq hədəf kimi çox da diqqət cəlb etmədən bəzi məsələlərin həlli ilə bağlı qərarlar verilsin. Bu da anlaşılandır”.

Natiq Cəfərli əlavə edib ki, Azərbaycanda adını Türkiyə hərbi bazası qoymadan da Türkiyə və Azərbaycan ordusunun birgə fəaliyyət planlarını həyata keçirmək mümkündür:

“Bu təlim-tədris mərkəzləri şəklində ola bilər. Necə ki Azərbaycanda belə təcrübə olub, bu gün də var. Müəyyən əməliyyat təlimlərinin keçirilməsi Azərbaycanda olub. İndi isə ölkənin bir neçə yerində daimi fəaliyyət göstərən təlim-tədris müəssisələri yaradıla bilər. Türk ordusunun təcrübəsi, NATO standartlarına uyğun ordunun hazırlanmasına dair birgə təlimlər keçirilə bilər. Bunun adının hərbi baza şəklində olması vacib deyil, hətta indiki halda lazım da deyil. Çünki həm Avropada, həm də Rusiyada ciddi qıcıq yaradır. Odur ki, çox böyük diqqət cəlb etmədən Türkiyə ilə digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın rasional formalarını tapmaq və bu əsasda fəaliyyət göstərmək vacibdir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password