Sabah saat 12:00-da şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə qərara alınır:

– Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilsin.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password