Bunu istəyiriksə, Türkiyə ilə dost olmalıyıq – Rus hərbi ekspert
Rusiyanın istənilən hücumu dəf etmək üçün kifayət qədər qücü və vasitəsi var, buna görə də bu gün rəsmi Moskva Qara Dəniz Donanmasını gücləndirir.
Bu sözləri açıqlamasında rusiyalı hərbi ekspert Aleksandr Perenciyev NATO Baş katibi Yens Stoltenberqin ittifaqın Qara dəniz bölgəsindəki hərbi varlığını artırmağa davam edəcəyinə dair açıqlamasını şərh edərkən bildirib.
Mütəxəssisin fikrincə, NATO sürətlə rotasiya edir, bəzi gəmilər Qara dənizdən çıxır, digərləri daxil olur və bu şəkildə qruplaşma böyüyür:
“Bununla yanaşı, NATO Türkiyə ilə ortaq bir donanma yaradaraq qruplaşmanı rəsmi Ankaranın hesabına artıra bilər. Bu vəziyyətdə Rusiyanın Türkiyə ilə yaxşı münasibətlərini qoruyub saxlaması zəruridir, belə olarsa, rəsmi Ankara gəmiləri ilə NATO-nun Qara dənizdəki qruplaşmasını dəstəkləməyəcək. Heç bir qarşıdurma olmaması, qarşılıqlı əlaqə üçün biz türklərlə dost olmalıyıq. Bəlkə bu halda türk donanması NATO-da iştirakı formal olacaq və Stoltenberqin planları suya düşəcək. Həm də əgər Türkiyə NATO gəmilərinin giriş-çıxış qrafikini (Boğazlardan keçən gəmilər nəzərdə tutulur) izləyərsə və çox tez-tez rotasiyasına icazə verməzsə, bu, başqa bir əks mexanizm olacaq”.