Sərt karantin rejimi qaçılmaz ola bilər – TƏBİB
Hər bir vətəndaşı koronavirusla bağlı qoyulan qaydalara riayət etməyə, diqqətli olmağa çağırıram.
Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bu gün keçirilən brifinqdə deyib.
N.Mustafayeva həmçinin 65 yaşdan yuxarı insanları evdən çıxmamağa çağırıb. O qeyd edib ki, virusla bağlı vəziyyətə hər kəs diqqətlə yanaşmalıdır.
N.Mustafayeva əlavə edib ki, vəziyyət daha da gərginləşdiyi halda yoluxmaların azaldılması üçün sərt karantin rejiminin tətbiq edilməsi qaçılmaz ola bilər.