İpoteka Fondu satışa yeni mənzillər çıxaracaq

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) bazasına yeni mənzillər əlavə olunacaq.

Bu barədə İKZF-nin satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi haqqında onlayn mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, hazırda Fondun bazasında 983 mənzil var və yaxın günlərdə yeni mənzillərin də bazaya əlavə edilməsi gözlənilir.

Əlavə olunub ki, xüsusilə də 9-cu mikrorayonda və Babək prospektində yerləşən mənzillərin bazaya əlavə edilməsi gözlənilir. Babək prospektində mənzil satışı 1350 manat, 9-cu mikrorayonda yerləşən mənzillərin satışı isə 1380 manatdan həyata keçiriləcək.

Qeyd edək ki, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmindən yararlanmaq istəyən vətəndaşlar “Asan İmza” əldə etməklə e-gov.az saytı üzərindən elektron qaydada müraciət edə bilərlər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password