Yaşar Həsənov istilik sistemi bərbad olan Bakıda milyonları kimin əli ilə bölüşür?
Son illər Azərbaycanda,xüsusən də paytaxtda, qış aylarında havanın temperaturu o qədər sərt keçməsə də mənzillərin qızdırılması ən vacib məsələlərdən biri olur. Bəs bu gün paytaxt ona hazırdırmı, qışa hazırlıqla bağlı hansı işlər görülür?
Aktualinfo.org bu istiqamətdə apardığı araşdırmada məlum olmuşdur ki,burada işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasosların, elektrik mühərriklərinin təmir olunaraq hazır vəziyyətə gətirilməsi, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması işləri, magistral və məhəllədaxili istilik xətlərin təzyiqlə yoxlanılaraq sınaqdan keçirilməsi və qış mövsümündə yarana biləcək problemlərin qarşısının alınması istiqamətində heç bir lazımı tədbirlər görülmür. Qış ayları gəlməmiş mövsümə hazır olduqlarını açıqlayan “Azəristiliktəchizat” ASC rəsmilərinin yalanları isə cəmi bir neçə həftə çəkir və bütün problemlər də çılpaqlığı ilə onda üzə çıxır.
Amma bununla belə dövlət istilik sistemi və təczihatı obyektlərinin istismarına və təmirinə hər il külli miqdarda vəsaitlər ayırır.Bu vəsaitlər necə və hara xərclənir?Bunun üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilmiş satınalma prosedurlarına baxmaq kifəyət edir.
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən nəticəsi 10.01.2020-ciil tarixdə elan olunmuş xüsusi texnika, maşın və mexanizmilərin icarəsinin satınalınması üzrə 237250.8 manat məbləğində müqavilə “EL-Rado” MMC ilə bağlanmışdır.
Elə həmin tarixdə modul tipli qazanxanaların daşınması və quraşdırılmasının satınalınması üzrə 21600 manat məbləğində müqavilə də “EL-Rado” MMC ilə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EL-Rado” MMC-nin 09.04.2019-cu il tarixdə Sumqayıt şəhərindəki 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeyiyyatına alındığı göstərilir.MMC-nin nizamnamə kapitalı 10 manat,hüquqi ünvanı Abşeron rayonu,Məmmədli qəsəbəsi,Kürdəxanı yolu,qanuni təmsilçisinin isə Cəmilli Elnur Muxtar oğlu olduğu göstərilib.
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 14.01.2020-ci il tarixdə keçirilmiş,məsafədən nəzarət ölçü sistemləri və elektrotexniki avadanlıqlarının satınalınması üzrə tenderdə qalib “Elektrogas” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 264707.12 manat məbləğində müqavilə bağlanıb.
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti ilə “Elektrogas” MMC arasında 30.09.2019-cu il tarixdə qazanxana və istilik şəbəkələri üçün müxtəlif markalı nasos və ehtiyyat hissələrinin satınalınması üzrə 294136.42 manat,stilik təsərrüfatlarında nəzarət ölçü cihazları və avtomatika avadanlıqları və onların ehtiyyat hissələrinin satınalınması üzrə 112587.22 manat,qaz sayğacları, qaz avadanlıqları və onların ehtiyyat hissələrinin satınalınması üzrə isə 159809.76 manat dəyərində müqavilələr bağlanıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Elektrogas” Məhdud Məsuliyyətli Cəmiyyəti 13.08.2018-ci il tarixdə Sumqayıt şəhərindəki 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeyiyyatına alındığı göstərilir.MMC-nin nizamnamə kapitalı 20 manat,hüquqi ünvanı Yasamal rayonu,General Akim Abbasov ev 1C, m. 22,qanuni təmsilçisinin isə Cəmilli Elnur Muxtar oğlu olduğu göstərilib.
Bağlanmış müqavilələrdən də göründüyü kimi “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilmiş tenderlərdə satınalmalar haqqında qanunun tələbləri pozulub.Tender Komissiyasinin ən birinci nəzərə almalı olduğu şərt, iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında bank arayışı,son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı,son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti,anoloji işlərdə təcrübəsi, iddiaçının potensialı, texniki və kadr imkanları haqqında rəsmi məlumatlar olmalıdır.Lakin 1 il əvvəl yaradılmış 10-20 manat nizamnamə kapitalı olan,başqa heç bir tender prosedurunun iştirakçısı olmayan bu MMC -nin nə kimi maddi texniki bazası,kadr potensialı,analoji işlərdə təcrübəsi ola bilər?
Tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına gətirib çıxarır. Digər tərəfdən də qısa bir zamanda dövlət qeydiyyatına alınmış MMC-nin ixtisas göstəricilərinin müəyyən edilməsi və analoji işlərdə təcrübəsinin olub,olmaması,maddi texniki bazasının və maliyyə,bank təminatlarının alınması kimi qanunun tələblərinə riayət edilməməsinə əsaslı şübhələr yaradır.
Qeyd edək ki,bu MMC-lər barəsində açıq mənbələrdə adlarından başqa hər hansı bir məlumat yoxdur.Ayrı-ayrı ünvanlarda,başqa adlar altında dövlət qeydiyyatına alınmış,lakin qanuni təmsilçilərinin eyni şəxs olması MMC-nin bir nəfər tərəfindən idarə olunduğunu deməyə əsas verir. Bunun ya “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənov olduğu şübhəsizdir.”Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənov tenderlərin keçirilməsi zamanı yol verdiyi bu və buna bənzər nöqsanları da yuxarıda qeyd etmişik. Tender prosedurlarından cəmi bir neçə ay əvvəl yaradılmış, barəsində heç bir məlumat olmayan,cəmi 10-20 manat nizamnamə kapitalı olan MMC-lərlə ümumi dəyəri bir milyon manatdan çox olan satınalma müqaviləsinin bağlanılmasına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti necə yol verib? Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Hesablama Palatası araşdırarsa burada nə qədər dövlət vəsaitinin kənarlaşdırılması üzə çıxar?
Qeyd edək ki,göstərdiyimiz məlumatlara aydınlıq gətirilməsi məqsədi ilə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin elektron poçtuna ünvanladığımız sorğu məktubuna cavab verilmədi. Qurumun əlaqə telefonları isə günlərdir susur.Bu isə “Azəristiliktəchizat” ASC-də işlərin heç də günün tələbləri səviyyəsində qurulmadığından xəbər verir. Araşdırmalarımız davam edir.
Aktualinfo.org