“Bu yarış bitməyib” – Tramp şərtini açıqladı
“Seçki Şurası Co Baydenin qalibiyyətini rəsmi şəkildə açıqlasa, Ağ Evi tərk edəcəm.”
Bu sözləri ABŞ-ın hazırkı Prezidenti Donald Tramp deyib.
O, seçkilərdə böyük hiyləyə əl atıldığı ilə bağlı açıqlamasını yeniləyib: “Sadəcə xalqıma bunu demək istəyirəm: hələ ki xəyallarınız suya düşməsin, çünki bu yarış bitməyib”.
Qeyd edək ki, qeyri-rəsmi məlumata görə, 3 noyabr prezident seçkilərində Co Baydenə məğlub olan Donald Tramp bazar ertəsi günü rəsmi keçid prosesinin başlanmasına icazə vermişdi.
ABŞ prezident seçkilərində seçicilər birbaşa namizədə deyil, ştatın Seçki Şurasının üzvlərinə səs verir. Ardınca üzvlər ABŞ prezidentini və vitse-prezidentini seçir.