Miodrak Zarkoviç: “Ermənilərin hər şeydən maraq güdən yazıq və hiyləgər millət olduğunu tezliklə hamı biləcək”
Hələ 20 oktyabrda Ermənistana Azərbaycandan çox sərfəli barışıq təklifi edildi. Lakin Ermənistanın Baş naziri Paşinyan bu təklifi rədd etdi. Bundan cəmi 20 gün sonra isə Ermənistan biabırçı sülh müqaviləsinə imza atdı. Bunu 10 noyabr anlaşmasında xüsusi payı olan Rusiya prezidenti Vladimir Putin deyir.
Doğrudanmı bu, belə olub? Mən şəxsən buna inanıram.
Birincisi, ona görə ki, Putinin belə ciddi məsələlərdə yalan danışmasına əvvəllər heç rast gəlinməyib.
İkincisi, onun fikri ilə heç kim mübahisə etməz.
Bu informasiyanı gündəmə gətirməklə kimlərəsə ağıl vermək fikrində deyiləm.Ona görə ki, Qarabağ münaqişəsi barədə çox məlumatım yoxdur. Həm də ki, öz millətimə belə kömək edə bilmədiyim bir məsələdə kimlərəsə ağıl verməyim düzgün olmaz. Sadəcə ermənilərə qarşı içimdə çoxdan yığılıb qalmış hiddətimi bildirmək istəyirəm.
Çünki son günlər ermənilər Rusiyanı “xəyanətdə” günahlandırırlar. Ona görə də sosial şəbəkələrdə rusları topa tutan həyasız ermənilərə bir sual vermək istəyirəm.
Nə oldu sizə, “qəhrəmanlar”?
Vaxtilə ruslar serbləri taleyin ümidinə buraxanda erməni analitikləri palaz-palaz yazılar yazırdı. Rusiyanın mövqeyini dəstəkləyirdi. Bəs indi nə olub? Serblər kimi sizi də taleyin ümidinə buraxan ruslara niyə xain deyirsiniz? Bəs rusları tərifləyən o “dərin təhlilləriniz” harada qaldı? Vaxtilə Putini “qızıl yumurtayan qaz” kimi təsvir edəndə, onu Rusiyanın xilaskar çarı kimi tərifləyəndə bəs bu günləri düşünmürdünüz? Putini provaslav xalqların ağsaqqalı kimi xarakterizə etdiyiniz günlər nə tez yadınızdan çıxıb?
Putinin açıqlaması ya yalan, ya da həqiqətdir. Bunun mənim üçün fərqi yoxdur. Amma özünüzün və “dünyanın xilaskarı” kimi tərif dediyiniz Putini oktyabrın 20-də niyə eşitmədiniz? Axı, ən çox siz ermənilər deyirdiniz ki, Putin yalan danışmaz, Putin saxta iş görməz. Bəs Putinin dediklərini niyə ciddiyə almadınız?
Ona görə də deyirəm: Rusiya və xüsusilə də Putin haqqında səhv etdiyinizi etiraf edin. Bu etirafa görə sizi kiminsə mühakimə edəcəyinə inanmıram. Ancaq ən azından biləcəyik ki, səhvinizi etiraf etdiyinizə görə, sizdə ləyaqət hissi var. Əks təqdirdə siz istənilən təhqirə layiq olacaqsınız.
Əgər susmaqda davam etsəniz, onda hər şeydən maraq güdən yazıq və hiyləgər millət olduğunuzu biləcəyəm. O halda isə sirrinizi bilən tək mən olmayacam./konkret.az/
Miodrak Zarkoviç, “Frontal”. Serbiya