Qobustanın dövlət qurumları 3 azyaşlı uşaq anasına qarşı – II yazı – MÜRACİƏT

Qobustan rayonu, Xilmilli kənd sakini Osmanov Məhəmməd Mustafa  oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,I Vitse-prezident Mehriban xanım Əliyevaya, Prezident Adminstrasiyasının rəhbərı Samir Nuriyevə,Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fuad Ələsgərova,Ədliyyə naziri Fikrət Məmmədova,Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə,Daxili İşlər naziri Vilayət Eyvazova,Dövlət Təhlükəsizlik Xidməti rəisi Əli Nağıyevə,Baş Prokurorluq yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinə,Məhkəmə-Hüquq Şurasına, Ombudsman Aparatına,Qobustan rayon Məhkəməsinin sədrinə və Kütləvi İnformasiya Vasitələrinə bir məsələ ilə bağlı artıq  7-ci  dəfədir ki,müraciət ünvanlayıb.Əvvəlki müraciətlərdə Xilmilli kənd sakini Leyla Osmanova Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun və  Qobustan şəhər  Bələdiyyəsi sədri Vasif Novruzovun törətdiyi qanun pozuntuları, korrupsiya hallarının  qarşısının dərhal alınmasından və ona məxsus torpaq sahəsinin geri qaytarilmasından şikayətçi idi.Lakin 3 azyaşlı uşaq anasına Qobustanın dövlət qurumları tərəfindən olunan təzyiqlərdən sonra qayınatası Məhəmməd Osmanov bu dəfə vaxtilə rüşvətxor İcra başçısı olmuş İsmayıl Vəliyevin göstərişləri ilə vətəndaşların pay torpaqlarını və ona məxsus bələdiyyə torpağını Gülməmmədov Habil adlı birisinə satmış Qobustan şəhər  Bələdiyyəsinin sədri Vasif Novruzovun törətdiyi qanun pozuntularının, onun Habilin adından onlara qarşı qaldırdığı qurama və sifarişli məhkəmə oyunbazlığından şikayət edib.

Aktualinfo.org vətəndaş Məhəmməd Osmanovun müraciətini olduğu kimi oxuculara təqdim edir.O,yazır:

Hörmətli cənab Prezident, bir daha bildirmək istəyirəm ki, gəlinimiz Osmanova Leyla ailəsi ilə Qobustan rayonun Mərəzə qəsəbəsində 2007-ci ilədək yaşamış və Qobustan rayon İcra hakimiyyətinin Memarlıq şöbəsində  kompüter mütəxəssisi işləmişdir.İşlədiyi dövrdə o da bir vətəndaş olaraq Nərimankənd ərazisində olan bələdiyyə torpağından fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahə əldə etmək üçün ərizə vermişdir. Ərizəyə əsasən Leylaya 0.06 ha torpaq sahəsi yerli bələdiyyə tərəfindən qanuni sənədlərlə,hesaba pul köçürmə,alq-satqı müqaviləsi,qərar, tikiləcək evin eskiz layihə-smeta sənədlri hamısı hazırlanıb ona təqdim edildi. Leyla da rəsmən təqdim edilmiş yerinə mişar daşı və bir yük avtomobili qum tökdürüb ki.tezliklə işə başlasın. Elə oldu ki, ailəsinin maddi imkanı olmadığından yerin kənarını bir az hasar edib qoymuşdur.2013-cü ildən oğlum Adil Osmanovla ailə həyatı qurmuş və o vaxtdan Xilmilli kəndinə köçüb kirayə kimi müvəqqəti bir evdə yaşamağa başlamışdır. Hazırda öhdəsində 3 azyaşlı uşağı vardır. Ona görə də kasıbçılıqdan hələlik ona verilmiş torpaqda ev tikə bilmirdi. Lakin yerinə əlavə yenə iki maşın mişar daşı tökdürmüşdü. Budur, 2019-cu ilin avqustun 10-da oğlum Adilə bildirdilər ki, bizim yerdə Habil adlı şəxs özbaşına tikinti işləri aparır.O mənim yerimin kənarlarını hasardan çöl tərəfdən yenidən binövrə qazdırıb hasar tikdirmək istəyir. Habil oğluma bildirdi ki, mən bu yeri Qobustan şəhər Bələdiyyəsinin sədri Vasif Novruzovdan pulumu verib almışam. Lakin o  heç bir sənəd göstərmədi. Yerimizdə işləyən Habilin qohumu olan İlqar adlı bənna da oğluma və gəlinimə bildirdi ki, mən bu yerin hasarını tikməliyəm.

 Oğlum  yerdə olarkən Bələdiyyə sədri Vasif gözə görünmədən  bizi qorxutmaq üçün yerə polis çağırtdırdı. Polis  sənədlərə baxdı və tikintinin dayandırlımasını tapşırıb çıxıb getdi.Lakin buna baxmayaraq sabahı gün ustalar yağış yağa yağa yenə yerdə tikintini davam etdirdilər. Oğlum anası ilə  bələdiyyə sədri Vasiflə telefonla danışıb nə qədər onunla görüşməyə çalışsa da o bizdən qaçıb gizləndi, yerində tapılmadı. Yalnız telefonda bildirdi ki,sizdəki sənəd sənəd sayılmır. Ailə üzvlərim  Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədovun qəbulunda oldu. O bələdiyyə sədrinə tapşırıq verdi ki, gedin yerində aydınlaşdırın və mənə məruzə edin. İkinci dəfə qəbulda olarkən Vasif başçıya bildirdi ki, guya Habilin kadastr planı varmış. Amma bu sənədi təqdim etmədi. Başçı bildirdi ki, əgər sənədi varsa o zaman vətəndaşa başqa yerdən torpaq əvəzi yer verin. Lakin bələdiyyə sədri bu günə kimi nə bizə dediyi rəsmi sənədi təqdim edir, nə də başçının tapşırığına əməl edib digər yerdən 0.06 ha torpaq sahəsini verir. Bir sözlə, Vasif Novruzov başçının tapşırığına əməl etmir,saymır. 

    Leylanın 19 may 2020-ci il son şikayətindən sonra DİN-nin istintaq İdarəsinin 13 iyun 2020-ci il tarixli məktubundan məlum olmuşdur ki, şikayətimə əvvəlcə Qobustan Polis Şöbəsində qeydiyyata alınmış və Qobustan Prokurorluğunda baxıb və CPM-nin 39.1.1 maddəsi ilə ört basdır etmişlər. Digər rəsmi cavab məktubu ƏN-nin Sumqayıt Regional İdarə rəsinin imzasıilə alınıb.. Məktubdan da görünür ki, sədr S.Bayramov adlı birisi araşdırma ilə deyil, yerli bələdiyyə sədri V.Novruzovun diqtəsilə həm mənə, həm də yuxarı orqanlara formal və əsassız cavab vermişdir, Mənə verilən yerin Bələdiyyə qararının ləğv olunması barədə rəsmi məktub göndərmişdir.Hüquqdan anlayışı belə olmayan Sumqayıt Regional Ədliyyə İdarə sədri Sahib Bayramov sonda  hətta ifrata vararaq qeyd edir ki, Nərimankənd Bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli, 12/455 saylı qərarı 11.10.2019-cu il tarixində bu qərarın ləğv edilməsi üçün tərəfimizdən Qobustan Bələdiyyəsinə məktub ünvanlanmış və uyğun olaraq 11.11.2019-cu il tarixli iclas protokolu əsasında bu qərar ləğv olunmuşdur” Ədliyyə Nazirliyinin hüquşüası adlanan idarə rəisi S.Bayramov bilməli idi ki, istənilən inzibati aktın – qərarın, sərəncamın, alqı-sayqı, icarə müqavilələrinin hamısı yalnız məhkəmə qətnaməsi əsasında mümkündür.Ona görə də gəlinim L.Osmanova bu qərarın ləğv edilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Ərizə icraata qəbul edilmiş, sərəncam verilmiş və 16 dekabr 2020-ci il tarixinə hazırlıq iclası təyin edilmişdir.

Digər tərəfdən S.Bayramov yenə saxtakarlıqla qeyd edir ki, guya mübahisələndirilən bu 0.06 ha sahə heç vaxt bələdiyyənin mülkiyyətində olmayıb və bu torpaq sahəsi Səlimov Şahinə pay torpaq kimi verilibmiş və o da öz növbəsində Habil Gülməmmədovla alqı-satqı müqaviləsi bağlayıbmış və s buna bənzər boş boş söz yığını. Şahin Səlimov isə telefonla bizə bildiri ki, ona məxsus əkin sahəsi bizim yerə aid deyil və onun nə ixtiyarı var ki, o belə təyinatlı torpağı ev tikmək məqsədilə H.Gülməmmədova satsın. Bu yalandır. Və belə bir alqı-satqı müqaviləsi yoxdur.ƏN-nin idarə rəisi rəsmi məktubunun əvvəlində isə qeyd edir ki, bu torpaq sahəsi H.Gülməmmədovun mülkiyyətinə ayrılmışdır. Sual alunur hansı sənədlə? Sonda qeyd edirsiniz ki, guya Şahin Səlimovdan alıb, məktubun əvvəlində bu  torpağın kimi 2011-ci ildə H.Gülməmmədova ayrıldığı bildirlir. O da qeyd edilir ki, guya Nərimankənd Bələdiyyəsinin 2007-ci il, 12/455 nömrəli qərarı arxivdə aşkar edilmədi. Bəli, əgər arxiv Vasif Novruzova təhvil verilibsə niyə də aşkar edilsin? Özü itirb bütün sənədləri və məhv edib. Bəs İcra Hakimiyyətində qalan memarlığın razılığı və L.Osmanovaya ayrılmış bələdiyyə torpağına dair hazırlanmış və təsdiq edilmiş eskiz layihələri, torpağın dövlət rüsumunun ödənilməsi faktları necə yoxa çıxacaq?

  Ona görə də hörmətli Ədliyyə naziri cənab Fikrət Məmmədova müraciət edirəm ki, imkan varsa hüquqdan anlayışı olan və bir az da savadı olan şəxsləri regional idarələrə rəhbər təyin etsin ki, öz yazdıqlarını heç olmasa özləri anlaya bilsin. Rüşvətxor İcra başçısı İsmayıl Vəliyevin 2011-ci ilin martın 7-də Qobustan Bələdiyyə sədri V.Novruzov vasitəsilə gəlinim L.Osmanovaya ayrılmış 0.06 ha torpaq sahəsini İsmayıllı rayonun Maliyyə İdarəsinin məmuru olan Habil Gülməmmədova qanunsuz satılmasının araşdırılmasına göstəriş verəsiniz

Budur, gəlinim L.Osmanovanın yerli Bələdiyyə sədrinin mənə məxsus 0.06 ha torpaq sahəsi barədə əsasssız qərarının ləğv edilməsilə bağlı İnzibati məhkəməyə veridyi ərizədən dərhal sonra Bələdiyyə sədri vəziyyətdən çıxış yolu kimi qanunsuz Leylanın Habilə satdığı torpağa dair sənədinin ləğv olunmasının qarşısının alınması üçün Qobustan rayon Məhkəməsinin hakimi ilə gizli sövdələşərək Habilin adından mənə və həyat yoldaşım Minəvərə qarşı saxta iddia ərizəsini təmin etdirmək üçün hərəkətə keçmişdir. İddiaçı H.Gülməmmədov da iddiasında qeyd edir ki, guya mən yoldaşım Minəvərlə gəlib iddiaçıya məxsus 50 metr hasarı uçurmuş  və ona vurduğumuz 960 manat ziyanın ödənilməsini tələb etmişdir.

Əsassız idaya etiraz edirəm və bildiriəm ki, mən şəxsən infakt xəstəsiyəm Və evdə uzun müddətdir ki, müalicə alıb bayıra çıxmıram. Ümumiyyətlə,mən mübahisəli torpağın harada olduğunu bilmirəm. Qaldı ki, ikinci cavbdeh olan həyat yoldaşım Minəvər Osmanovaya. O vaxtilə yerli polisə şikayət vermiş və polis də qanunsuz hasarın tikintisini dayndırmışdır. Minəvər xanım yaşlı adamdır Onun fiziki imkanı yoxdur ki. gedib çölün düzündə 50 m uzunluqda olan 100 kv.m hsarı uçura bilsin. Yəni bu iddia sahibi, özünü azərbaycanlı hesab edən bir maliyyə işçisinin qadına qarşı şərindən başqa bir şey deyil. Ola bilər ki, Minəvər hasardan bir daş uçurub, amma yerli bələdiyyə sədri V.Novruzovun belə iddianı təşkil etməsi və utanmadan 960 manat tələb etməsinin motivi bundan ibarətdir ki, guya gəlinimiz L.Osmanova Sumqayıt İnzibatti Məhkəməsinə verdiyi iddianı geri götürsün. Xahiş edirəm nəzərə alınsın.

       Cənab Prezident və cənab Ədliyyə naziri! Axı necə olur ki, yerli  bələdiyyənin bizə rəsmən verdiyi torpaq sahəsi bizim istifadəmizdə ola-ola indiki bələdiyyə sədri Vasif Novruzov qanunsuz saxta sənədlərlə bazar qiymətinə kim pul versə satıb əsassız varlanma ilə məşğuldurlar. Onlar bizim kimi çox sayda sakinlərin başlarına belə dələduzluq oyunları açıblar. Əvvəlki bələdiyyənin camata verdikləri torpaqları min bir bəhanə ilə əllərimizdən alıb saxta sənədləşmə apardıqdan sonra dədələrinin qiymətinə kimə gəldi rüşvət alıb satıb varlanmaqla, yağlanmaqla məşğuldurlar. Ona görə də xahiş edirəm Qobustan şəhər Bələdiyyəsində Vasif Novruzovun son 14 il ərzində törətdiyi irimiqyaslı korrupsiya əməllərinin, (ələlxüsus rüşvətxor başçı olmuş İsmayıl Vəliyev dövründəki ) və sənəd saxtakarlıqlarının araşdırılması və hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə araşdırma aparılmasına göstəriş verəsiniz. Bizim ailənin  əlindən əsassız olaraq alınmış yerimizin də qaytarılmasında köməklik göstərəsiniz. Sağ olun.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password