Ağdamda 27 ildən sonra “Qarabağ” sədası – VİDEO
Ağdamda 27 il sonra Azərbaycan mahnısı səslənib.
Şəhərin işğaldan azad edilməsindən sonra, burada anadan olan Azərbaycan Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov doğma yurdlarına səfər ediblər.
Xanəndələr birlikdə “Qarabağ” mahnısını oxuyublar. Sözgedən anın videosunu Mənsum İbrahimov sosial şəbəkə hesabında paylaşıb.