Ərdoğan: “Türkiyənin dəstəyi sayəsində Qarabağda Ermənistanın işğalı sona çatıb, daimi həllə ümidlər artıb…”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün bu günkü çıxışında Qarabağda 30 ilə yaxın davam etmiş erməni işğalının sona çatmasında ölkəsinin dəstəyini, rolunu vurğulayıb. Münaqişənin daimi həllinə olan ümidlərin artdığını bildirib.

“Dağlıq Qarabağda 30 illik ədalətsizliyin sona çatmasına töhfəmiz oldu. Ölkəmizin dəstəyi sayəsində Azərbaycanın Qarabağ ərazisində Ermənistan işğalı sona çatıb, daimi həllə yönələn ümidlər ilk dəfə artıb. Dünənədək ortalıqda olmayan, hətta bu məsələdə açıq şəkildə Ermənistana dəstək verən Minsk qrupunun həmsədri bəzi ölkələrin razılaşma ilə bağlı dilə gətirdiyi narahatlıqların heç bir dəyəri yoxdur”, – Ərdoğan bildirib.

Türkiyə prezidenti  Rusiya prezidenti Vladimir Putin ilə apardığı telefon danışığı barədə də danışıb: “Dünən axşam Putinlə bu mövzuları danışdım. Bu danışıqla birlikdə bu proses içində ata biləcəyimiz addımları müzakirə etdik. İnanıram ki, Putinlə apardığımız bu danışıqla birgə, xüsusilə Rusiya, Türkiyə, Azərbaycan olaraq bu proses ərzində bölgəyə sülhün bərqərar olmasının addımlarını atırıq. Bunun daha da genişləndirmə, inkişaf etdirmə şansımız var. Bu genişləndirmə və inkişaf etdirmə məsələlərini də Putinlə müzakirə etdik. Yəni üç ölkə xaricində, bölgə ölkələri içindən dördüncü, beşinci ölkələri də bura qatmaqla buradakı prosesi daha fərqli formaya sala bilərik”.

Ərdoğan Kəlbəcərin ermənilər tərəfindən boşaldılmasından da bəhs edib. Deyib ki, Kəlbəcər dünən tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapdı. Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başladı.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password