Xarici diplomatlar ermənilərin Füzulidə törətdikləri cinayətlərlə tanış olublar

Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Füzuli şəhərinə səfər edən Azərbaycandakı diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Füzuli şəhərinin mərkəzinə, dağıdılmış mədəniyyət mərkəzinə, məscidə baş çəkərək, ermənilərin törətdikləri vandalizm aktları ilə yerindəcə tanış olublar.

Ermənilər tərəfindən dağıdılmış mədəniyyət mərkəzinin qarşısında 27 il sonra skripka ilə mahnı ifa edilib.

Xarici diplomatlara həmçinin Füzulidə ermənilər tərəfindən dağıdılmış qədim Hacı Ələkbər məscidi nümayiş etdirilib.

Füzuli sakini Şərafət Hacıyeva 27 il sonra öz yurduna qayıtmasından sevincini ifadə edib. O, qeyd edib ki, Füzulini 1993-cü ildə tərk edib. Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında işğal altında olan əraziləri, o cümlədən Füzuli rayonunu erməni işğalçılarından azad edib.

Qeyd edək ki, ölkəmizdəki diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər.

Səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə yerindəcə tanış etməkdir.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, bu səfər əvvəllər mümkün deyildi:

“Çünki biz fiziki olaraq bura gələ bilmirdik. Ermənilər burada hər şeyi darmadağın ediblər. Diplomatları buraya ona görə gətirdik ki, bu vəhşilikləri öz gözləri ilə görsünlər. Bundan əvvəl jurnalistləri də gətirmişdik.

İndi isə diplomatları gətirdik. Məqsədimiz ermənilərin azərbaycanlılara, Azərbaycan tarixinə, mədəniyyətinə qarşı hansı vandalizm aktlarını törətdiklərini bütün dünyaya göstərməkdir”

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password