Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi
Fransa prezidenti Emmanuel Makronun Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını etiraf etdiyi videogörüntü yayılıb.
Videogörüntünü Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva özünün “facebook” sosial şəbəkəsindəki hesabında paylaşıb.
O, Fransa prezidentinin çıxışından da sitat gətirib. Emmanuel Makron 7 rayonun Azərbaycana aid olduğunu qeyd edib.
Fransa prezidenti deyib ki, beynəlxalq hüquqa əsasən bu ərazilər Azərbaycana məxsusdur. Makronun sözlərinə görə, bu rayonlar Azərbaycan ərazisidir və əgər suveren xahişlər yoxdursa, bu məsələyə qarışmamaq lazımdır.
“Beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır. Buna görə də suveren dövlətdən istək yoxdursa, bu məsələyə qarışmayın”, – deyə Makron qeyd edib.
Qeyd edək ki, Fransa dövlət başçısının bu etirafı ilk olaraq onun “Instagram”dakı səhifəsində paylaşılıb.report.az