Mübariz Tağıyev: “Tezliklə ən böyük arzuma çatacağam“

 

“İllərlə deyirdik ki, “güclü ordumuz var”, ancaq heç kim onun əsl qüdrətini görməmişdi, biz bunu sübut etdik. Buna sevinməmək mümkün deyil, amma bir tərəfdən də şəhidlərimiz var, Allah onlara rəhmət eləsin, onların analarının qarşısında baş əyirik, yaralılarımıza şəfa diləyirik”. 

Bu sözləri Xalq artisti Mübariz Tağıyev deyib. Sənətçi bu qədər qısa vaxtda qələbəni gözləmədiyini deyib:

“Xalqımız necə sevinc yaşayırsa, eynisini mən də yaşayıram. Sözün düzü neçə gündür bu sevincdən ayılmamışam, yəqin ki, bu sevinc uzun müddət davam edəcək. Bilirsiniz, 30 il gözləyəndən sonra bu məsələnin 44 gündə həll edilməyi çox möhtəşəmdir. Hazırda Azərbaycan bütün dünyaya səs salıb, hər yerdə gündəmdəyik – həm hərbi istiqamətdə, həm də diplomatiya sahəsində. Sözün düzü, bütün bunlar gözlənilməz oldu. Müharibədir, hər şey olur. Şükürlər olsun ki, tapdaq altında qalan torpaqlar azad edildi, “qaçqın” sözü ortadan götürüldü. O bədbəxtlər bizim bütün mədəni irsimizi dağıtmışdılar, məktəbdən tutmuş, muzeylərə qədər, hətta heykəllərə belə güllə atırdılar. Onlardan nə gözləmək olar axı? Onlar millət deyil, nə isə başa düşülməyən bir şeydirlər”.

Müğənni ən böyük arzusunun Şuşada konsert proqramında çıxış etmək olduğunu deyib:

“Bundan sonrası üçün məndə planlar çoxdur. İndi AzTV-nin nəzdində yeni layihələr var, əsgərlərin yanına gedirlər, mən də onlara qoşulacağam. Amma bəzi məsələlər var, onlar həll olunmalıdır ki, bizlər də əsgərlərin yanına gedə bilək. Tək-tək nə isə etmək olar, düzdür, amma ümumi götürdükdə bir az çətindir. Oralar minalanmış ərazilərdir, bəzən biz sənət adamları məsələnin bu tərəflərini düşünmürük. Bir neçə dəfə bu söhbət olub, dedilər ki, “bir balaca da səbrli olun, gedəcəksiniz”. İnşallah, hər şey həll olunar, arzularımıza çatarıq. Mənim bir sənət adamı kimi ən böyük arzum Şuşadakı konsertdə çıxış etməkdir. Belə görünür ki, mən bu arzuma çatacağam”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password