Ermənistan seçim qarşısında: Ya torpaq, ya da 50 milyard dollar… – Şok iddia

Azərbaycanın cəbhədəki tarixi qələbəsindən sonra Dağlıq Qarabağ bölgəsindən çəkilməyə qərar verən Ermənistan ordusu 28 ildir işğal etdiyi əraziləri tərk edir.

Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, ayyarım davam edən qarşıdurmada həm şəxsi heyət, həm də hərbi texnikada ciddi itki verərək cəbhə xəttində düzəlməz zərbə alan Ermənistan ordusu bu dəfə geri çəkildiyi kəndləri yandırmağa və təbiəti məhv etməyə çalışır:

“Azad edilmiş rayonlara baş çəkən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğal altında saxladığı bölgələrdəki yaşayış məntəqələrini, məktəbləri, xəstəxanaları, tarixi abidələri, məscidləri və qəbiristanlıqları sökdüyünü, maddi və mənəvi ziyanın beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacağını və məhkəməyə verilərək təzminat tələb ediləcəyini deyib.

Məlumata görə, Əliyevin bəyanatından sonra Ermənistan ordusunun geri çəkildiyi bölgələrdə vurduğu ziyanı müəyyənləşdirmək üçün işçi qrupları yaradılıb və onlar artıq fəaliyyətə başlayıblar. Digər tərəfdən, beynəlxalq təşkilatlar və mütəxəssislər işğaldan azad olunan bölgələrə dəvət ediləcək. Zərər hesablandıqdan sonra Ermənistana qarşı beynəlxalq məhkəmələrdə kompensasiya iddiaları qaldırılacaq.

Ermənistan ordusu tərəfindən dağıdılmış yaşayış yerləri və meşələrə əlavə olaraq, 28 ildir işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan hökuməti tərəfindən istismar edilən qızıl və civə kimi qiymətli mineral yataqları və əkinə yararlı torpaqlardakı zərərlər ayrıca hesablanaraq təzminat tələb olunacaq”.

Qəzetin məlumatına görə, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki ziyanın həcmi 50 milyard dollar civarındadır:

“Mütəxəssislərə görə, beynəlxalq məhkəmələr təzminat qərarı verəcəyi təqdirdə, iqtisadi çöküşə məruz qalan Ermənistan bu məbləği ödəyə bilmədiyi halda, torpaq verməli olacaq. Mütəxəssislər tarixdə bu cür nümunələr və təcrübələrin olduğuna diqqət çəkirlər”. (teleqraf.com)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password