Cənubi Qafqazda Rusiyaya qarşı Türkiyə ilə yanaşı Böyük Britaniya da var

Rusiya ilə Türkiyə arasındakı qarşıdurma əsrlərdir davam edir və indi yeni bir mərhələyə qədəm qoyur. Səbəb Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ərazisi ilə bağlı münaqişə idi. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çox qətiyyətli davranır və etiraf etmək lazımdır ki, çox şey əldə edib. Bununla belə, Türkiyə ərazilərin təsir dairəsinin bölünməsində Rusiyaya qarşı tək durmağa cəsarət edə bilərmi? Tarix göstərir ki, Rusiyaya qarşı bütün qarşıdurmalarda və müharibələrdə Türkiyə başqa dövlətlər tərəfindən dəstəklənib. İndi də belədir.

Türkiyə ilə hər şey aydındır. Osmanlı İmperiyasını dirçəltmək üçün bu ölkə Azərbaycana və ölkə rəhbərliyinə ciddi dəstək göstərir. Hər iki ölkə bundan faydalanır.

Azərbaycanda öz maraqlarını güdən ikinci dövlət Böyük Britaniyadır. Əsrin əvvəllərindən Böyük Britaniya Bakı neft yataqlarının işlənməsinə çox investisiya yatırdı. Azərbaycan o zaman Rusiya İmperiyasının tərkibində idi. “Dumanlı Albion” bolşeviklərin hakimiyyətə gəldiyi 1920-ci ilə qədər mənfəət və dividend paylarını almaqla yaxşı qazanc əldə etdi. Sonra bütün əlaqələr kəsildi.

Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlıq SSRİ-nin dağılmasından dərhal sonra, müttəfiq respublika müstəqil dövlət olandan sonra bərpa olundu. Nazir Hon Duqlas dərhal Bakıya gəldi. Ölkə rəhbərliyi ilə bir sıra görüşlər keçirdi. İngilislər az müddət keçəndən sonra Azərbaycanda təmsilçilərini təyin etdilər. 1994-cü ildən isə bu ölkənin Azərbaycanda səfirliyi fəaliyyət göstərir.

Həmçinin 1992-ci ildə Marqaret Tetçer Azərbaycana qeyri-rəsmi də olsa səfər etdi. “Britiş Petroleum” və Norveç şirkətlərinin nümayəndələri neft yataqlarının işlənməsində və istismarında iştirak etmək üçün ölkə rəhbərliyi ilə müqavilələr imzaladılar.

Bundan əlavə, Heydər Əliyev və daha sonra hazırkı prezident Böyük Britaniya rəsmiləri ilə təkcə Bakıda və Londonda deyil, həm də digər beynəlxalq tədbirlərdə müntəzəm görüşlər keçirdi. 1994-cü ildən bəri bu ölkə ilə bir çox müqavilə bağlanıb və BP-nin Azərbaycan neft şirkəti ilə əməliyyatlarda payı yüzdə 40-a çatır. Bu şirkət hazırda Azərbaycanda enerji mənbələrinin istifadəsi ilə bağlı ən böyük layihələrin aparıcı operatorudur. “Britiş Petroleum”la yanaşı İngiltərədən onlarla kişik şirkət neft və qaz layihələrində iştirak edir.

Böyük Britaniya Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək və Azərbaycanı Qərbə yönəltmək üçün Bakını fəal şəkildə dəstəklədiyini gizlətmir. Göründüyü kimi, burada da Türkiyə ilə Böyük Britaniyanın maraqları üst-üstə düşür.

Son silahlı qarşıdurma başlayan kimi Böyük Britaniyanın yüksək səviyyəli rəsmiləri ilə Türkiyə dövlət xadimlərinin bir sıra rəsmi və qeyri-rəsmi görüşləri baş tutdu. İngilislər açıq şəkildə silahlı qarşıdurmanı dəstəkləyə bilməsələr də, Azərbaycana gizli dəstəyini əsirgəmədi. Rəsmi olaraq Londonda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləndi. Münaqişənin sülh yolu ilə həlli üçün danışıqların aparılmasından isə ağız ucu danışıldı. Lakin İngiltərə ATƏT-in Minsk Qrupunun birgə hazırladığı atəşkəs qətnaməsinin BMT-nin Təhlükəsizlik Şurasında qəbul edilməsinə veto qoydu. Bununla da Dağlıq Qarabağ münaqişəsinin hərbi həllində Türkiyənin “əl-qolunu açdı”. Qeyd edək  ki,  BMT-nin qəbul etməyə hazırlaşdığı bu qətnamə üçüncü ölkələr tərəfindən münaqişəyə hər hansı bir müdaxilənin qadağan edilməsini nəzərdə tuturdu.

Beləliklə, Türkiyə və Böyük Britaniya Rusiyanın regionda təsirini getdikcə azaltmaqdadır./konkret.az/

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password