Azərbaycan əsgəri Ağdamda – İLK GÖRÜNTÜLƏR
Azərbaycanın Silahlı Qüvvələri 28 illik işğaldan sonra Ağdama girib.
Bu barədə Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev öz “Twitter” səhifəsində yazıb.
T.Gəncəliyev Ağdam rayonundakı məşhur “Cümə” məscidindən ilk dəfə videogörüntülər yayımlayıb.
“Azərbaycanın Silahlı Qüvvələri 28 illik işğaldan sonra Ağdama daxil oldu. Şəhərin simvolu olan məşhur tarixi “Cümə” məscidinin ilk videosu”,– deyə T.Gəncəliyev görüntülərə əlavə etdiyi mətndə yazıb.
Kadrlardan da görünür ki, məscid və bütün şəhər dağıdılıb və bugünkü Ağdam “ruhsuz xəyal şəhərciyi” təəssüratı yaradır.
Aktualinfo.org xəbər verir ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş naziri arasında imzalanan sülh bəyanatına əsasən noybarın 20-dək erməni qoşunlaır Ağdam rayonun boşaldaraq Azərbaycan ordusuna təhvil verməlidir. Rayonu artıq erməni işğalçı qoşunları tərk edib və tərketmə prosesi hələ də davam edir.
Artıq Azərbaycan ordusu Ağdam rayon mərkəzinə daxil olub. Rayona girən insanlar tərəfindən Ağdam şəhərinin viranəliyini əks etdirən videolar paylaşılıb. Videoda Ağdam məscidi görüntülənib. Videodan da görünür ki, erməni vandalları şəhəri tamamilə xarabalığa çeviriblər.