İran xarici işlər naziri zərbaycana gəlir
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif 23-24 noyabrda Rusiya və Azərbaycana səfər edəcək.
Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə özünün Twitter səhifəsində yazıb.
S.Xətibzadənin sözlərinə görə, İran xarici işlər naziri Qarabağ, son regional proseslər və ikitərəfli münasibətlər çərçivəsində danışıqlar aparacaq.