“Rusiya Dağlıq Qarabağı tanıya bilərmi” sualına Putinin cavabı belə oldu…

Rusiya prezidenti Vladimir Putin “Rossiya” kanalına müsahibəsində Dağlıq Qarabağla bağlı xeyli mətləblərə toxunub.

 O, Dağlıq Qarabağın Azərbaycana aid olduğunu bildirib. Amma eyni zamanda status məsələsinin həllinin bu günün məsələsi olmadığına da işarə edib. Rusiya rəhbəri Ermənistanın noyabrın 10-da əldə olunmuş üçtərəfli razılaşmaya əməl etməsinin vacibliyini vurğulayıb.

Əks təqdirdə, bu Ermənistan üçün intihar olar”- deyə, Putin qeyd edib.

Rusiya prezidentinin dediklərini şərh edən politoloq Elxan Şahinoğlu Putinin Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə telefon danışıqlarının detallarını açıqlamasına toxunub: “Putin Paşinyanı “baqaja” qoydu. Bəlli oldu ki, Ermənistanın baş naziri Şuşa uğrunda döyüşməyə davam edəcəklərini Kreml sahibinə bildirib.

Ancaq Putinin çıxışında bizim üçün təhlükəli məqamlar da az deyildi. Kreml sahibi Dağlıq Qarabağın “status-kvosunun” davam edəcəyini vurğuladı. Bu o deməkdir ki, oradakı separatçılar və onların qanunsuz silahlı qüvvələri fəaliyyətlərini davam etdirə bilərlər.

Jurnalistin “Rusiya Dağlıq Qarabağı tanıya bilərmi” sualına isə cavabı belə oldu: “Biz Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliklərini tanıdıq, Krımın özmüqəddarıtını qəbul etdik…”  (azpolitika.info)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password