Arkadi Dubnov Putinin Dağlıq Qarabağla bağlı niyyətlərini açıqladı
Putinin Qarabağdakı müharibə və müharibədən sonrakı nizamlama ilə bağlı Rusiya TV-yə verdiyi müsahibədə açıq şəkildə bildirir ki, əgər Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısaydı, onda Rusiya bu müharibədə ermənilərin mövqeyini daha yaxşı başa düşmüş olardı …”
KONKRET.az xəbər verir ki, bu fikirləri o Dağlıq Qarabağla bağlı özünün “Exo Moskvı” radiosuna şərhində vurğulayıb.
O daha sonra bunları deyib:
“Putin açıq şəkildə göstərir ki, Dağlıq Qarabağın gələcək statusu, hər halda, müharibə zamanı Bakının nəzarətinə keçməyən hissəsi rəsmi olaraq Azərbaycan ərazisi olmasına baxmayaraq, daha sonra müəyyənləşdiriləcək. Başqa sözlə, Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunun bundan sonra hər kəsin erməni adını daşıyan şəhərin Stepanakert yox, Azərbaycan dilində Xankəndi adlandırması barədə şən nəsihətləri bir qədər tələsik səslənib.
Putin Türkiyə Prezidenti Ərdoğanın türk sülhməramlılarının ermənilərin yaşadığı Dağlıq Qarabağ ərazisindəki ruslarla bir sırada yerləşdirmə cəhdlərini olduqca sərt şəkildə rədd etdi.
Nəhayət, Putin Ermənistan müxalifətinin Azərbaycanla barışıq barəsində 10 noyabrda imzaladığı “gecə razılaşması” səbəbi ilə xəyanətdə günahlandırdığı Ermənistanın Baş naziri Paşinyanı öz himayəsinə götürdü.
Sual olunur, bu ifadələr indi niyə işlədilir?
Bunun bir neçə səbəbi var və bunlar aşağıdakılardır:
Birincisi, ATƏT-in Minsk Qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri bu həftə Moskvada bir araya gələrək Rusiya sülhməramlıları kontekstində Dağlıq Qarabağın gələcək statusunu müzakirə edəcəklər. Beləliklə, ATƏT-in Minsk Qrupu Rusiya ilə bölgədə birtərəfli qaydada Türkiyə ilə məhdud əməkdaşlıq şəraitində qurduğu yeni, müvəqqəti də olsa, status-kvonu tanımaq məcburiyyətində qalacaq.
İkincisi, Putinin dedikləri onsuz da “Dağlıq Qarabağ üçün hər hansı bir xüsusi statusdan söhbət gedə bilməz”, – deyən Azərbaycanın qalib gələn Prezidentinin qorxuducu tonunu sakitləşdirmək məqsədi daşıyır.
Üçüncüsü, bu, türklərin indi Ankarada keçirilən Türkiyə və Rusiya hərbi nümayəndə heyətlərinin danışıqları zamanı sülhməramlıları ilə birlikdə Qarabağa girmək cəhdlərində israr etmək istəklərinə cavabdır.
Dördüncü, rəsmi Kreml Paşinyanı Putinin idarə etdiyi İrəvanda hakimiyyətdə saxlamağa çalışır”.
Arkadi Dubnov hesab edir ki, Rusiya Paşinyanın zorla kənarlaşdırılmasına hələ hazır deyil. Çünki onun yerinə Ermənistanda açıq anti-rusiya və ya daha çox qərbyönümlü siyasətçilər gələ bilər ki, bu da Rusiya üçün arzuolunmazı senaridir./konkret.az/