Əliyev Putini fakt qarşısında qoydu: “Türk hərbçiləri Dağlıq Qarabağda olacaq” – Topdaynews.ru

Azərbaycan türk hərbçilərinin Qarabağa girəcəyi barədə məlumatı təsdiqləyib

Avia.pro xəbər verir ki,Azərbaycanın nəzarətində olan Qarabağda türk hərbçilərinin olduğunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə söhbətində də bildirib.

“Telegram” kanalı “Militarist”in verdiyi xəbərə görə, Türk hərbçilərinin Qarabağda olması, əslində, hətta heç müzakirə də edilməyib. Bu, Azərbaycan prezidentinin hərbi əməliyyatların dayandırılmasına dair danışıqlarda irəli sürdüyü şərt idi.

Qeyd etmək lazımdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan artıq türk qoşunlarının Azərbaycana göndərilməsi ilə bağlı fərman imzalayıb. Müxtəlif silahlar və zirehli texnika ilə bir neçə min Türk hərbçisinin Azərbaycanın nəzarətində olan ərazilərdə yerləşdiriləcəyi artıq heç kimdə şübhə doğurmur.

Rusiyada Azərbaycan və Türkiyənin bu hərəkətlərinin bölgədəki vəziyyəti daha da ağırlaşdıracağına inanırlar. Bu baxımdan rəsmi Moskva münaqişə bölgəsində türk hərbçilərinin olmasına ehtiyac görmürdü.

Hərbi analitiklərin qeyd etdiyi kimi, Bakı atəşkəs şərtlərini diqtə etməyə cəhd göstərə bilər, eyni zamanda Dağlıq Qarabağın bütün ərazisini nəzarətə götürmək üçün yeni hücum əməliyyatı planlaşdırır. Bəzi ekspertlərin fikrincə,Rusiya tərəfinin münaqişənin yenidən gərginləşdirməsinin qarşısını almaq üçün Bakı üzərində güclü təzyiq rıçaqları var. /konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password