Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 9 % artıb

Bu ilin üç rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2020-ci ilin üçüncü rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Bu ilin üç rübü ərzində terminal təqribən 183 mln barel neft və kondensat ixrac edib ki, bu 2019-cu ilin eyni dövrün göstəriciləri ilə müqayisədə 15 mln barel və ya 7,6 % azdır.

Üç rüb ərzində o cümlədən 160 mln barelə yaxın Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ixrac edilib ki, bu da ötən ilin ilk üç rübü ilə müqayisədə 18 mln barel və ya 10,1 % azdır.

Bu ilin üç rübündə 23 mln bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3 mln barel və ya 15 % çoxdur.

Bu ilin üç rübü ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 48 mln standart kubmetr (1 milyard 691 milyon standart kubfutdan artıq) “Şahdəniz” qazı ixrac edilib. Bu da 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 4 mln kubmetrdən (təqribən 143 mln kubfutdan çox) və ya 9,1 % çoxdur.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln barel neft və “Şahdəniz” qazı üçün təqribən 85 mln standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 mln standart kubmetrdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password