“Rusiya erməni qoşunlarını Dağlıq Qarabağdan çıxara bilməsə…” – Deputatdan SƏRT AÇIQLAMA

Ermənistan Kəlbəcərin təhvil verilməsi üçün 25 noyabra qədər vaxt istəyib. Humanizm mövqeyi nöqteyi-nəzərindən Azərbaycan Ermənistana daha 10 gün möhlət verib.

Bəs 10 günlük möhlət istəyi ermənilərin növbəti hiyləsi ola bilərmi?

Millət vəkili Fazil Mustafa ermənilərin istənilən hiyləsinə qarşı sərt tədbirlərin görüləcəyini bildirib:

“Ermənilər dekabrın 1-nə qədər istədikləri hiyləni, təxribatı edə bilərlər. Lakin belə olan təqdirdə onların başına “Osmanlı yumruğu” dəyəcək. Bəlkə o zaman başa düşərlər ki, Azərbaycanla hiylə və təxribat dili ilə danışmaq olmaz. Necə ki, 30 ildən sonra ağır zərbəni aldılar. Bizə lazımdır ki, onlar dekabrın 1-nə qədər üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirsinlər. Əgər yerinə yetirməsələr, Azərbaycan öz bildiyi kimi hərəkət edəcək”.

Millət vəkili Ermənistana 10 günlük möhlətin verilməsinə görə vətəndaşların narahatlığına da toxunub:

“İnsanların narahat olmaları normaldır. Məncə, elə narahat olsalar yaxşıdır. Çünki bu narahatlıq hissi ilə proseslərə daha çox dəstək verib, mübarizəni davam etdirəcəklər. Unutmamalıyıq ki, məsələ hələ tam həll olunmayıb, müharibə qurtarsa da, ermənilər dayanmayıb. Bu baxımdan biz mübarizəni sona qədər davam etdirməliyik”.

F.Musafa bildirib ki, əgər Rusiya erməni qoşunlarını Dağlıq Qarabağdan çıxara bilməsə, Azərbaycan Ordusu bu işi özü həll edəcək:

“Biz Rusiya ilə hansısa konfiliktə getmədən, ermənilərin çıxarılması məsələsini onların öhdəsinə buraxdıq. Təbii ki, həll edə bilməsələr, Azərbaycan bu məsələdə öz mövqeyini ortaya qoyacaq. Bunun başqa yolu yoxdur. Lakin hələlik qoyulan müddətin sona çatmasını gözləməliyik”.  /redaktor.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password