General-leytenant Rüstəm Muradov Xankəndində Arutyunyanla niyə görüşüb? – AÇIQLAMA

Rusiya sülhməramlılarının komandiri general-leytenant Rüstəm Muradovun keçmiş Qarabağdakı qondarma qurumun “rəhbəri” Arayik Arutyunyanla görüşü keçirilib. Bu görüş sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Bununla bağlı  fikirlərini bölüşən Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi  Firudin Məmmədov bildirib ki, bu görüşdə qeyri-adi heç nə yoxdur: “Düzdür, Arayik Arutyunyanla görüşməməlidir. Amma bu gün Xankəndində Ermənistanı təmsil edən Arayik Arutyunyandır. Ən azı “qoşunlarınızı çəkin, Laçını, Kəlbəcəri və Ağdamı boşaldın” demək, bu missiyanı yerinə yetirmək üçün rusiyalı general onunla görüşməlidir. Görüşmədən məsələ həll edilə bilməz axı. General  Arayik Arutyunyanla qondarma Dağlıq Qarabağın rəhbəri qismində görüşməyib. Sadəcə üzərinə qoyulan missiyanı yerinə yetirmək üçün görüşüb. Bu gün Rusiya sülhməramlılarının üzərinə düşən vəzifə erməniləri bizim torpaqlarımızdan çıxarmaqdır. Baxın, Kəlbəcərdə və digər ərazilərdə ermənilər narazılıq edir ki, Rusiya bizi qovur. Məncə, bu görüşü bu qədər şişirtməyə ehtiyac yoxdur. Arayik Arutyunyan gec-tez müqavilənin şərtləri daxilində qanun qarşısında cavab verməlidir. O, terrorçu və Azərbaycan xalqına ağır zərbələr vurmuş insandır”.

Firudin Məmmədov ermənilərin mənfur və şərəfsiz bir millət olduğunu xatırladaraq əlavə edib ki, “əslində Rusiya sülhməramlıları onların mənfurluqlarının qarşısını almalıdır. İmkan verməməlidir ki, ermənilər vəhşiliklərini davam etdirsinlər. Onlar boşaltdıqları torpaqlarımızda meşələri və evləri yandırır, mümkün olan hər şeyi aparırlar. Ermənilər oğru və alçaq millətdir. Gedəndə də kişi kimi getməyi bacarmırlar. Guya unitazı götürməklə zənginləşəcəklər. Amma Rusiya sülhməramlıları imkan verməməlidir ki, orada olub-qalanı götürüb aparsınlar, o cür yanğınlar törətsinlər. Onsuz da ermənilər işğal etdikləri torpaqları talayıb, vəhşi heyvanlar kimi dağıdıb-töküblər və bu vəhşilikləri heç kimə sirr deyil. Amma əsas odur ki, rədd olub gedirlər. Xankəndində də bu prosesi görəcəyik. Hesab edirəm ki, onlar bu hərəkətləri ilə özlərini dünya qarşısında daha da biabır edirlər”./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password