Qarabağın təhlükəsizliyi onlara əmanətdir – Ərdoğan AÇIQLADI

Qarabağın təhlükəsizliyi Mehmetçiklərə əmanətdir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Böyük Millət Məclisindəki Qrup İclasında deyib.

Azərbaycanı və qardaşım dediyi İlham Əliyevi zəfər münasibətilə bir daha təbrik edən Ərdoğan əldə olunan razılaşmaya əsasən, bu günə qədər azad edilən və hələ azad edilməmiş bütün Azərbaycan torpaqlarının geri qaytarılacağını söyləyib.

“Türkiyə razılaşmanın tətbiqinə nəzarət və monitorinq üçün bölgədə qurulacaq müştərək sülhməramlı missiyada Rusiya ilə birlikdə yer alacaq. Atəşkəsə nəzarət və monitorinq üçün yaradacağımız Birgə Türk-Rus Mərkəzi ilə bağlı razılaşma sənədi imzalanıb. Bu mərkəz Azərbaycanın işğaldan azad olunan torpaqları üzərində qurulacaq”, – Ərdoğan deyib.

Onun sözlərinə görə, türk milləti 28 ildir hər gün bu işğalın sızıltısını azərbaycanlılarla birgə hiss edib: “Daha əvvəl Kiprdəki, 1990-cı illərdə Bosniyadakı qətliamlara tamaşaçı olanlar Qarabağdakı qətliamları da görməzdən gəldi. Biz Xocalıda və digər Qarabağ şəhərlərində qətlə yetirilən uşaqların, qadınların, yaşlıların ağrısını azərbaycanlı qardaşlarımızla birlikdə yaşadıq”.

Ərdoğan qeyd edib ki, Qarabağın yenidən Azərbaycan yurdu olması hamısını rəhmətlə yad etdiyimiz Məhəmməd Əmin Rəsulzadə, Ənvər Paşa, Nuru Paşa, Zeynalabdin Tağıyev, Hüseyn Cavid, Əhməd Cavad, ümumilli lider Heydər Əliyevin ruhu şad olub./publika.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password