“Bunu həzm edə bilmirlər” – Fransa Azərbaycana qarşı həddini aşdı
“Fransa şirkətlərini ilk növbədə Azərbaycandan, daha sonra isə bizimlə həmrəy olan hər yerdən iti qovan kimi qovmaq lazımdır”.
Bunu politoloq Elçin Mirzəbəyli deyib.
Ekspert Fransanın rəhbər şəxslərinin Azərbaycana qarşı qərəzli açıqlamalarına diqqət çəkib:
“Fransa rəsmilərinin son sərsəmləmələri bir daha sübuta yetirir ki, bu ölkənin ATƏT-in Minsk Qrupundakı, artıq Dağlıq Qarabağın statusu ilə birlikdə cəhənnəmə vasil edilən gorbagor olan missiyasının yeganə hədəfi erməni işğalının davam etməsi olub. Yoxsa ermənidən artıq ermənilik etməzdi.
Fransanın indiki hakimiyyətinin təmsilçilərinin alt paltarlarını başlarına çəkmələrinin səbəblərindən biri də, onların Nikol Paşinyan kimi qlobal bank-maliyyə fırıldaqçılarının, Sorosun köpəkləri olmasıdır. İt itin ayağını tapdamaz. Buna görə də Azərbaycan torpaqlarından it kimi qovulan işğalçı ermənilərin taleyini iqtisadi müstəvidə Fransaya da yaşatmaq lazımdır. Azərbaycan, Türkiyə və haqq işimizdə bizimlə birlikdə olan bütün ölkələri Fransanın iqtisadi maraqlarına tüpürməyə çağırmalıyıq. Fransa şirkətlərini ilk növbədə Azərbaycandan, daha sonra isə bizimlə həmrəy olan hər yerdən iti qovan kimi qovmaq lazımdır”.
Elçin Mirzəbəyli Fransanın əlinin Cənubi Qafqazdan üzülməsini həzm edə bilmədiyini söyləyib:
“Qlobal bank-maliyyə fırıldaqçılarının dəstəyi və onların “rəngli inqilab” ssenariləri vasitəsilə geosiyasi gücə çevrilmək iddiasına düşən Fransa Azərbaycan torpaqlarının işğaldan azad edilməsini, ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətinə de-fakto son qoyulmasını, əlinin Cənubi Qafqazdan üzülməsini həzm edə bilmir. İt kimi qovulan “kiçik bacısı” üçün it kimi hürməyə davam edir. Bu səbəbdən də, Makron üçün yeni siyasi posterin hazırlanmasının da zamanının yeyişdiyini düşünürəm: Makron, it hürər, karvan keçər”.