Qarabağda atəşkəs rejiminə Rusiya-Türkiyə sülhməramlılar korpusu nəzarət edəcək

Bu gün Türkiyə ilə Rusiya arasında sülhməramlıların Dağlıq Qarabağda fəaliyyəti monitorinqi ilə əlaqədar sənədin imzalanması nəzərdə tutulur.

Xüsusi müşahidə missiyasının yaradılmasına dair razılıq iki dövlət başçısı – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında əldə edilib.

Bu monitorinq korpusunun fəaliyyəti Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının birgə bəyanatındakı beşinci maddə ilə tənzimlənir.

Beləliklə, Türkiyə Müdafiə Nazirliyinin nümayəndələri də atəşkəs rejiminə nəzarət edəcəklər. Qeyd edək ki, iki ölkə arasında atəşkəsə əməl olunmasına nəzarət sahəsində birgə patrul xidmətinin aparılması və əməkdaşlıq təcrübəsi Yaxın Şərq ölkələrində bir sıra qaynar nöqtələrdə tətbiq olunub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password