Məğlub Ermənistan Müdafiə Nazirliyi ikibaşlı və məkrli bəyanat yaydı…

“Müharibə bitdi…” “Müharibə sona qədər bitməyib, Qarabağdakı döyüşlər davam edir…”
Düşmən Azərbaycan ordusu qarşısında təslim olduğunu dolayısıyla etiraf etsə də, məkr və hiyləsindən əl çəkmir… Ali Baş Komandan dediyi kimi, Ermənistandan xoş niyyət gözləməyə dəyməz…

Ermənistan Müdafiə Nazirliyi və Baş Qərargah birgə bəyanat yayıb. 
 
 Bu haqda işğalçı ölkə mediası məlumat yayıb.
Erməni saytlarında “Müdafiə Nazirliyi və Baş Qərargah: müharibə bitdi…” başlığıyla yayılan bəyanatda Ermənistan ordusunun hərbi əməliyyatları dayandırdığı bildirilsə də, Qarabağda hələ döyüşlərin tam bitmədiyi, döyüşlərin davam etdiyi haqda, bundan sonra “qəhrəman erməni xalqına layiq güclü və döyüşə hazır bir ordu yaratmağa” çağırışlar kimi ikibaşlı fikirlər, Azərbaycan və Türkiyəyə qarşı böhtan dolu cümlələr var.
Əyanilik üçün  bəyanatın  mediada dərc olunmuş  mətninin tərcüməsini bütövlükdə nəzərinizə çatdırırıq.
“Ermənistan Müdafiə Nazirliyi və Baş Qərargah birgə bəyanat yayaraq dövlətçiliyin əsaslarını poza biləcək hərəkətlərdən çəkinməyə və edilən bütün səhvlərdən dərs çıxarıb qəhrəman erməni xalqına layiq güclü və döyüşə hazır bir ordu yaratmağa çağırıblar. Qurumlar dövlətçiliyin əsaslarını poza biləcək hərəkətlərdən çəkinməyə və edilən bütün səhvlərdən dərs almağa çağırıb.
 Bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağa qarşı törədilən müharibə istər cəlb olunan qüvvələr, istər silahların sayı və növləri baxımından, istərsə də Ermənistan ordusunun təkcə Türkiyənin hərbi-siyasi dəstəyi olan Azərbaycan silahlı qüvvələrinə deyil, eyni zamanda bir neçə min terrorçuya qarşı müharibə baxımından görünməmiş idi.
“Ordumuz bu cür şəraitdə düşmənə müqavimət göstərmək üçün mümkün və imkansız olan hər şeyi etdi. Hər bir əsgər, zabit və general vətənini qorumaq üçün əlindən gələni əsirgəmirdi, özünü tamamilə bu mübarizəyə həsr etdi. Bu müharibə xatirəsi qəlbimizdə əbədi qalacaq ən yaxşı oğullarımızı əlimizdən aldı ” – bəyanatda belə deyilir.
Sənəddə qeyd edilir ki, Ermənistan ordusu guya tarixə bir çox qəhrəmanlıaq səhifələri yazaraq sarsılmaz əsgər, zabit və generallarla heç bir tərəddüd etmədən Vətənin müdafiəsi üçün canlarından keçməyə hazır olduqlarını sübut etdi. Ancaq eyni zamanda qan tökülməsinə son qoymağın vaxtının gəldiyi qeyd edilib.
“Müharibə sona qədər bitməyib,  Qarabağdakı döyüşlər davam edir. Hərbi-siyasi rəhbərliyin hərtərəfli təhlil əsasında qəbul edilmiş qərarlarını müdafiə etdik və yerinə yetirmək məcburiyyətindəyik. Qan tökülməsini dayandırmağa, qəhrəmanlarımızı hərbi şərəflə dəfn etməyə borcluyuq ”- deyə  bəyanatda bildirilir.
Eyni zamanda, Müdafiə Nazirliyi və Baş Qərargah ermənilərin ordunun potensialını bərpa etmək və gücünü gücləndirməklə super döyüşə hazır və müasir vəziyyətə gətirmək məcburiyyətində olduqlarını vurğulayıb. Müharibə sona çatdı və ordu işini gördü və görməyə davam edəcəkdir…”
P.S. Göründüyü kimi, Azərbaycan ordusu qarşısında təslim olduğunu dolayısıyla etiraf etsə də, düşmən məkr və hiyləsindən əl çəkmir… Ali Baş Komandan dediyi kimi, Ermənistandan xoş niyyət gözləməyə dəyməz…/moderator.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password