Millət vəkili: “Bu qələbə elə bir yeni reallıq yaradıb ki…”
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə bağlı düşüncələrini bölüşüb.
-Hansı hissləri keçirirsiz?
-Sevinc, qürur və inamın bir-birinə qovuşmasından yaranan möhtəşəm bir hissin təsiri altındayam.Azərbaycan xalqının bir yumruq kimi birləşməsi şəraitində xalq,dövlət,ordu birliyinin zəfər çalacağına və bayrağımızın tezliklə işğal altında olan bütün torpaqlarda dalğalanacağına bütün varlığımla inanırdım. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz Dövlət Bayrağı Gününə ən böyük təbrik kimi noyabrın 8-də Şuşamız işğaldan azad edildi. Ordumuzun İkinci Qarabağ müharibəsindəki zəfər yürüşünün məntiqi davamı olaraq həmin andan ”Şuşa- kimdədirsə, o da Qarabağa nəzarət edir” prinsipi işə düşdü…Noyanbrın 9-da- Dövlət Bayrağı Günündə isə İkinci Qarabağ müharibəsinin getdiyi günlər ərzində rekord sayda yaşayış məntəqəsinin işaldan azad olması xəbərinin ardınca böyük qələbəmizin sorağı gəldi….diplomatik yolla qalan torpaqlarımızın da işğaldan azad olunmasına nail olundu.Bu münasibətlə azərbaycan xalqını təbrik edir, Ali Baş Komandan başda olmaqla bu qələbədə əməyi olan hər kəsə sayğlarımı ifadə edirəm.
-Sizcə bu qələbənin əhəmiyyətini hansı rakusdan daha çox dəyərləndirməyə üstünlük verərdiniz?
-Bu qələbə- ilk növbədə qürür məsələsidir və prezidentindən-hər bir vətəndaşına qədər Ali Baş Komandan ətrafında yumruq kimi birləşmiş bir xalqın çox möhtəşəm bir tarixi qələbəsisir. Bu qələbənin Azərbaycan üçün, regionumuz üçün,dünya üçün özünəməxsus əhəmiyyəti var. Bu davanın birinci mərhələsində Azərbaycan xalqı müharibəni yox, döyüşü uduzmasına baxmayaraq, dünyaya məğlub xalq kimi təqdim olunurduq. İkinci Qarabağ müharibəsinin nəticələrinə görə, qürurumuz bütün dünyaya elan olundu:biz qalib xalqıq. Şanlı Ordumuz Şuşa başda olmaqla,torpaqlarımızn xeyli hissəni işğaldan azad edib yeni reallıq yarada bildi. Yaxın həftələrə digər torpaqlar da bizə qayıdır. Azərbaycan xalqı tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaşı qəlibiyyətlə başa vurdu. Qalib xalqıqsa, deməli gücün hüququnun-hüququn gücündan önə çıxdığı hazırkı dünya reallıqları şəraitində dünya çapında Azərbaycanın nüfuzu xeyli artacaq. Bu qələbə elə bir yeni reallıq yaradıb ki, bizimlə hesablaşmaq istəməyənlər də hesablaşmağa başlayıb və bundan sonra da sükanı belə də saxlamaq lazımdır ki, qələbəmizi hər cəhətdən möhkəmləndirək! 30 ilə yaxındır ki, məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş 1 milyondan artıq soydaşlarımız öz ata-baba torpaqlarına qayıdacaq. Bundan sonra biz artıq heç vaxt üzümüzdə kədər,qəlbimizdə ağrı,həsrət hissi ilə şəhərlərimizin işğal olunduqları günləri yox, qürur hissi ilə işğaldan azad olunma günlərini və Böyük Qələbə Günümüzü qeyd edəcəyik! Qələbə Bayrağını işğaldan azad olunan bütün torpaqlarımızda dalğalanması şəhidlərimiizn ruhunu şad edəcək!
Bununla yanaşı digər mühüm ideoloji əhəmiyyət kəsb edən məqam da var: Dağlıq Qarabağın sahəsi 4,4 min kv kilometr olmasına baxmayaraq ermnilər orda ərazisi 11,5 min kv kilometr olan Arsaq Respublikası yaratdıqlarını elan etmişdilər. Şanlı Azərbaycan Ordusu bu qondarma respublikaya son qoydu. Əgər bu qondarma Arsaq Respublika baş tutsaydı,həm Azərbaycanın digər ərazilərilərin də işğalına iddialar güclənəcəkdi,həm də digər ölkələrdə də ermənilərin kompakt yaşadığı ərazilərdə Qarabaqğlar yaratmaq iştahası artacaqdı…. Dağlıq Qarabağın statusu, “Arsaq” ideyası məhv oldu! Bu qələbə ilə biz həm 200 illik erməni ideologiyası məhv etdik, həm də regional və dünya miqyasında erməni ideologiyasının fiaskoya uğramasına töhfə vermiş olduq. Ona görə də beynəlxalq ictiamiyyət bilməliidr ki, Azərbaycan 30 ilə yaxın işğal altnda olan müqəddəs torpaqlarımızı işğaldan azad etməklə yanaşı,həm də ,”erməni xəstəliyi”ni “müalicə” etməklə Cənubi Qafqaz regionunu, ərazilərində ermənilərin kompakt yaşadığı dövlətləri uzun illərdir ki, təngə gəturmiş “erməni xəstəliyi”nin fəsadlarından da xilas edilməsinin əsasını qoymaqla daha geniş anlamda xilaskar rolunu oynamış oldu!
-Rusiya sülhməramlılarına münasibət birmnalı deyil….bu,bəzən hərbi baza kimi də hallandırılır….
-Azərbaycan Qarabağ davasında təkcə Ermənistana qarşı yox,dünya erməni lobbisinə,onun ələ aldığı qüvvələrlə,Ermənistanın havadarları və himayədarlarına qarşı da savaşdı.Bu bpyda böyük güc qarşısnda rəşadətli Azərbaycan ordusu davamlı zəfər yürüşü və öz şanlı qələbəsi ilə yeni reallıq yarada bildi.Həmin yeni reallıq şəraitində Azərbaycan ərazisində kiminsə hərbi bazasının olması mümkün deyil. Razılaşmada nəzərdə tutulan şərtlər barədə geniş məlumat verildiyindən, yalnz onu qeyd etmək istərdik ki,məhdud sayda sülhməramlılardan söhbət gedir.Həm də Rusiya sülhməramlıları ilə yanaşı, qardaş Türkiyə də bu prosesdə yaxından iştirak edəcək. Bu davada Türkiyə Cümhuriyyətinin Azərbaycana verdiyi mənıvi dəstək,Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın və digər Türkiyə rəsmilərinin açıq və birmənalı şəkildə Azərbaycanı sevgi ilə dəstəkləmələri Azərbaycan üçün olduqca vacib idi və həm də hər bir azərbaylıda unudulmaz hisslər yaratdı…bunu küçələrdə iki bayraqla şütüyən avtomobillərin,parklarda iki bayraqla gəzən insanlarımızın sayı daha əyani göstərir… Azərbaycan Prezidenti öz müsahibələrdə dəfələrlə qeyd edib ki, qardaş Türkiyənin rolu əvəzolunmazdır.Münaqişənin siyasi yol ilə həll olunmasında Türkiyə fəal rol oynamalıdır və oynayır….Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Odur ki, Türkiyə problemin həllində iştirak edir. Bu kontekstdə Prezidentin müsahibələrində xüsusi qeyd olunun məsələrdən biri də budur ki, “Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir.Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu da həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır.”
-Hazırkı mərhələdə həmvətənlərimizə nə demək istərdiniz?
Bu davada bizim konkret hədəfimiz var idi: müqəddəs Azərbaycan torpaqlarını düşmən tapdağından xilas etmək.Qarabağ uğrunda mübarizə – xalq, dövlət, ordu birliyindən qaynaqlanan ümumxalq mübarizəsinə çevrildi və bu savaşda Azərbaycan xalqı siyasi, etnik mənsubiyyətindən, dünyagörüşündən, yaşından asılı olmayaraq, uşaqdan böyüyə kimi yumruq halında birləşib, düşmən tapdağı altında olan torpaqlarımızın azad olunmasında əlindən gələni etdi. Otuz ilə yaxındır ki, Ermənistanın işğalında olan yurd yerlərimiz şəhidlərimizin qanı bahasına bir-birinin ardınca azad oldu və şanlı qələbə çaldıq. Bu qələbə hər bir azərbaycanlıya sözlə ifadəsi mümkün olmayan möhtəşəm bir qürur hissi yaşadır.Biz, harada yaşamasından asılı olaraq bütün həmvətənlərimizi bundan sonra da milli həmrəyliyimizi qoruyub saxlamağa və həm Ali Baş Komandan kimi hərbi sahədə işğalçı Ermənistana ağır zərbələr vuran, həm də görünməz təzyiqlərə sinə gərib, dövlət başçısı kimi diplomatiya müstəvisində əldə etdiyi uğurlarla milli maraqlarımızı qoruyan prezident İlham Əliyevin ətrafında sıx birləşməyi bundan sonra da davam etdirməklə, Azərbaycanımızın xoş gələcəyi naminə bu möhtəşəm tariximizə bundan sonra da yeni-yeni gözəl səhifələrin yazılmasını uğurla davam etdirməyə çağırırıq.