Ermənistanın taleyini kimə tapşıracağımıza qərar verməliyik və bu, Paşinyan ola bilməz – Şahnazaryan
Ermənistanlı politoloq Qrant-Melik Şahnazaryan Qarabağ müharibəsinin dayandırılması ilə bağlı fikirlərini Facebook səhifəsində yazıb.
Bu haqda məlumatı erməni mediası yayıb.
O, xüsusilə bunları qeyd edib:
“Xalqımızın anlamalı olduğu bir neçə şey var.
Birincisi, müharibə bitdi. Doğrudur, Nikol hökuməti hələ də hərbi vəziyyəti uzatmağa çalışacaq, amma məqsədi yalnız birdir: hakimiyyəti qorumaq. Müharibənin qələbəmizlə bitib-bitməməsi onun üçün vacib deyil.
İkincisi, siyasi hakimiyyət təslim sənədini imzalasa da, bu, hər şeyin sonu deyil. İndi mürəkkəb bir siyasi proses başlayacaq, burada Ermənistanın maraqlarını kimin təmsil etdiyindən asılı olaraq, mövqelərimiz ya pisləşə, ya da heç olmasa bir qədər yaxşılaşa bilər.
Qarşıdakı çətin dövrdə erməni dövlətinin taleyini kimə tapşıracağımıza qərar verməliyik. Bu məsələdə mənim üçün yalnız bir şey aydındır: bu, Nikol Paşinyan ola bilməz. Paşinyan və komandasının səriştəsiz olduğu üçün deyil, həm də bütün resurslarının tamamilə tükəndiyi üçün istisna olunur. Nikol Paşinyanın təkcə digər ölkələrlə deyil, hətta Ermənistanın siyasi qüvvələri ilə də dialoq üçün bir variantı yoxdur. Nə haqda danışacaq? Necə deyəcək?
Buna görə də ölkənin yeni hökuməti haqqında düşünməyə dərhal başlamalıyıq. Vəziyyətimizi az da olsa yaxşılaşdıracaq insanlar tapmalıyıq”./konkret.az/